Sumqayıt sakinini döyən silahlı şəxslər yaxalandı
Sumqayıt sakinini küçədə döyən silahlı şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 11-də Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb və tapança ilə hədələyiblər. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri Anar Tağızadə və Qabil Əliyev tutulublar. A.Tağızadədən 1 ədəd idman və 1 ədəd pnevmatik tapança götürülüb.
12 Sentyabr 2017 15:11 KriminalSumqayıt sakinini küçədə döyən silahlı şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, sentyabrın 11-də Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb və tapança ilə hədələyiblər. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri Anar Tağızadə və Qabil Əliyev tutulublar. A.Tağızadədən 1 ədəd idman və 1 ədəd pnevmatik tapança götürülüb.