Azərbaycanlı qanuni oğrunu ayağından vurublarmış - Yaralı Rəşad Gəncinski xəstəxananı qəfil tərk etdi

Bir qədər əvvəl Abxaziyada güllələnən və Suxumi şəhər xəstəxanasında müalicə olunan "Rəşad Gəncinski" ləqəbli qanuni oğru Rəşad İsmayılov barəsində axtarış elan edilib. O, bir sıra cinayətdə ittiham olunur. Məlumata görə, Moskva polisi bir qədər əvvəl İsmayılovun adamlarını ələ keçirib. Həmin şəxslər reketlik, adam oğurluğu və digər cinayətlərdə ittiham edilirlər.  Onların ilkin ifadələrindən sonra  hüquq-mühafizə orqanları "Raşad Gəncinski" barəsində axtarış elan edib.

Bu arada  "Gəncinski" ilə bağlı maraqlı məlumat daxil olub. Əməkdaşımızın xahişiylə Suxumidə fəaliyyət göstərən həmkarlarımızdan biri "Rəşad Gəncinski"nin müalicə aldığı xəstəxanayla əlaqə saxlayıb. Məlum olub ki, ayağından yaralanan Rəşad müalicəni sona qədər gözləməyib. Xəstəxanadan həmkarımıza bildirilib ki, o, gecə qəfil xəstəxananı tərk edib. Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31