Şabran sakininin həyətində çətənə kolu aşkar edilib
Şabran RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Pirəbədil kənd sakini Cavad Əlişanovun həyətyanı sahəsindən qohumu Heyrət Əlişanovla birgə kultivasiya yolu ilə yetişdirdikləri 8 ədəd çətənə kolu, 540 qram marixuana və çətənə kolunun kökləri aşkar edilərək götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, eyni zamanda, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Ramin Babayevin evinə baxış zamanı 462,5 qram marixuana aşkar edilərək götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.
5 Sentyabr 2017 16:44 KriminalŞabran RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Pirəbədil kənd sakini Cavad Əlişanovun həyətyanı sahəsindən qohumu Heyrət Əlişanovla birgə kultivasiya yolu ilə yetişdirdikləri 8 ədəd çətənə kolu, 540 qram marixuana və çətənə kolunun kökləri aşkar edilərək götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, eyni zamanda, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Ramin Babayevin evinə baxış zamanı 462,5 qram marixuana aşkar edilərək götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.