Əfqan Muxtarlı ev dustaqlığına buraxılmadı

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilən şikayətə baxılıb. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə jurnalistin şikayəti təmin edilməyib.

Qeyd edək ki, Ə. Muxtarlının ev dustaqlığına buraxılması ilə bağlı müraciətini birinci instansiya məhkəməsi də təmin etməyib.  
 
Xatırladaq ki, Ə. Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb. Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31