Keçmiş məhbus 2 nəfəri bıçaqlayıb

Şirvan şəhərində bıçaqlama hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 31-də Şirvan şəhərinin Xaqani küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Məcid Güləliyev münaqişə zəminində həmyerliləri Nizami Zeynalovun qol və sifət nahiyələrinə, Elxan Süleymanovun isə sağrı nahiyəsinə bıçaqla xəsarət yetirib. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Güləliyev saxlanılıb.

Şirvan şəhərində bıçaqlama hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, avqustun 31-də Şirvan şəhərinin Xaqani küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Məcid Güləliyev münaqişə zəminində həmyerliləri Nizami Zeynalovun qol və sifət nahiyələrinə, Elxan Süleymanovun isə sağrı nahiyəsinə bıçaqla xəsarət yetirib. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Güləliyev saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31