Azərbaycanda həbs edilən Türkiyə vətəndaşının apellyasiya şikayətinə baxılıb

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Emin Serttaşın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.  Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə iclası avqustun 31-də davam etdiriləcək.

Qeyd edək ki, E. Sərtaş tanışının Bakıda fəaliyyət göstərən tikinti şirkətlərindən birinə lisenziya alacağını vəd edərək, zərərçəkmiş şəxsə qarşı 15 min manat məbləğində dələduzluqda ittiham edilib. E. Serttaş Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. E. Serttaş barəsində ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib və o, məhkəmə zalında həbs edilib.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31