Gömrükçülər mobil telefonlar müsadirə ediblər
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-21074” markalı avtomobilə gömrük baxışı keçirilib.
28 Avqust 2017 11:50 KriminalTovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21074" markalı avtomobilə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, bxış zamanı, avtomobilin salonundakı ön oturacağın içindən 4 ədəd "Samsung J3-2016" markalı mobil telefon aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31