Balakəndə 12 yaşlı qız anasının sevgilisindən hamilə qaldı - ŞOK

Balakən rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə təqsirləndirilən şəxs artıq tutulub. Bu, 12 yaşlı qızın anasının vətəndaş nikahında qeyri-rəsmi yaşadığı şəxsdir:

"Balakən rayon Prokurorluğuna hadisə ilə bağlı məlumat avqustun 25-i daxil olub. Hazırda cinayət işi başlanılıb və istintaq davam edir. Belə ki, təqsirləndirilən şəxs tutulub və barəsində həbs qətimkam tədbirləri görüləcək.

Qeyd edək ki, bu şəxs uşağın anasının qeyri-rəsmi yaşadığı Şindiyev Elçin Qədir oğludur.

***

Balakəndə 12 yaşlı qız hamilə qalıb.

Rayon hüquq-mühafizə orqanlarından lent.az-a daxil olan məlumata görə, rayon sakini, 2005-ci il təvəllüdlü C. Ş (ad-soyad şərtidir) səhhətində yaranmış problemlə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Ultrasəs müayinəsi zamanı onun 22-23 həftəlik hamilə olduğu müəyyənləşib.

Dərhal bu barədə Balakən rayon Prokurorluğuna məlumat verilib.

Daxil olan məlumat əsasında Balakən rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31