Prokuror 1 nəfərin ölümü, 4 nəfərin yaralanmasına səbəb olan sürücüyə cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib. O, R. Vəliyevin 5 illik sürücülük hüququndan məhrum edilməklə, 8 il müddətinə həbs edilməsini istəyib.
24 Avqust 2017 18:32 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib. O, R. Vəliyevin 5 illik sürücülük hüququndan məhrum edilməklə, 8 il müddətinə həbs edilməsini istəyib.
Proses avqustun 31-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə bu il Bakı-Şamaxı yolunda baş verib. R. Əliyevin idarə etdiyi "Mersedes" markalı avtomobillə "Ford" markalı avtomobil toqquşub. Nəticədə Mahmud Adıgözəlov hadisə yerində dünyasını dəyişib, avtomobildə olan 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Apa.az