Rels altlığı oğurlayanın qolları qandallanıb

Ucar dəmir yolu stansiyası ərazisindən rels altlıqları və bolt-qaykaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 24-də Ucar dəmir yolu stansiyası ərazisindən 66 ədəd rels altlığı və 154 ədəd bolt-qayka oğurlamaqda şübhəli bilinən Ucar şəhər sakini Orxan Əsgərov həmin əşyaları Yevlax şəhər sakini olan bir nəfərə satarkən saxlanılıb.

Ucar dəmir yolu stansiyası ərazisindən rels altlıqları və bolt-qaykaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 24-də Ucar dəmir yolu stansiyası ərazisindən 66 ədəd rels altlığı və 154 ədəd bolt-qayka oğurlamaqda şübhəli bilinən Ucar şəhər sakini Orxan Əsgərov həmin əşyaları Yevlax şəhər sakini olan bir nəfərə satarkən saxlanılıb. V.İmamquliyevə məxsus "QAZ-2401" markalı avtomobilə baxış zamanı 25 ədəd rels altlığı və 19 ədəd bolt-qayka aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31