Evi qarət etmək istəyən ələ keçib

Xırdalan şəhərindəki evlərdən birinə qarət məqsədi ilə girməkdə şübhəli bilinən Saray qəsəbə sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 21-də Abşeron rayonunun Xırdalan şəhərindəki evlərdən birinə gəlmiş naməlum şəxs ev sahibəsini bıçaqla hədələyib pul və qızıl əşyalar verməsini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Saray qəsəbə sakini Maqsud Əliyev tutulub.

Xırdalan şəhərindəki evlərdən birinə qarət məqsədi ilə girməkdə şübhəli bilinən Saray qəsəbə sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, avqustun 21-də Abşeron rayonunun Xırdalan şəhərindəki evlərdən birinə gəlmiş naməlum şəxs ev sahibəsini bıçaqla hədələyib pul və qızıl əşyalar verməsini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Saray qəsəbə sakini Maqsud Əliyev tutulub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31