Kriminal

İnsan alverində təqsirləndirilən qadına şərti cəza verilib

23 Avqust 2017 18:50

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Sevinc Mustafayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  Hakim Mail Bayramovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Mustafayeva barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib. Onun barəsində başqa yerə getməmə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılıb. 

Gözəl Bayramlının şikayətinə baxıldı

23 Avqust 2017 16:14

AXCP sədrinin müavini Gözəl Bayramlının haqqında seçilmiş həbs qətimkan tədbirinin daha 2 ay uzadılması ilə bağlı qərardan verilən apelyasiya şikayətinə baxılıb. Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə baş tutan prosesdə Gözəl Bayramlının şikayəti təmin edilməyib və Nəsimi rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. İttihama görə, Gözəl Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb. Gözəl Bayramlı özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

Əfqan Muxtarlının şikayəti təmin edilmədi

23 Avqust 2017 16:13

Jurnalist Əfqan Muxtarlının barəsindəki həbs qətimkan tədbirinin daha 2 ay uzadılması ilə bağlı Nəsimi rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətə baxılıb. Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prsesdə Əfqan Muxtarlının şikayətini təmin edilməyib. İttihama görə, Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Baş Prokurorluq və DİN Lerikdə 3 nəfərin ölümü ilə nəticələnmiş hadisə barədə məlumat yayıb

23 Avqust 2017 15:36

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Lerik rayonunda 3 nəfərin ölümü ilə nəticələnmiş hadisə barədə məlumat yayıb. DİN-in mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Lerik rayonunda törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılmışdır.

Keçmiş məhkumdan 6 kq narkotik götürülüb

23 Avqust 2017 15:00

Paytaxt Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Kamran Məmmədovdan 6 kiloqram 350 qram marixuana götürülüb.

Bakıda soyğunçuluqla məşğul olan dəstə zərəsizləşdirilib

23 Avqust 2017 14:59

Bakı şəhər sakini F.Qədimova hədə-qorxu gəlib pulunu almaqda şübhəli bilinən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də Bakı şəhər sakini Fazil Qədimova hədə-qorxu gəlib 300 manat pulunu almaqda şübhəli bilinən paytaxt sakinləri Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayev tutulublar.

Yevlaxda dəhşətli qətl: “Ayıldım ki, bir kişi üstümə çıxıb, elə bildim ərimdi”

23 Avqust 2017 14:36

Ərini öldürməkdə təqsirli bilinən Yevlax şəhər sakini, 1980-ci il təvəllüdlü Xatirə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. X.Abdullayeva ötən ilin mayın 26-da evdə əri, 1982-ci il təvəllüdlü Ağasəf Abdullayevi bıçaqlayıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. A.Abdullayev mayın 29-da xəstəxanada vəfat edib.

MTN generallarının məhkəməsi qapalı davam etdiriləcək

23 Avqust 2017 14:32

Ləğv edilmiş MTN sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş iş adamı Ağaisa Mahmudovun epizodu üzrə Mehbalı Qasımov şahid qismində ifadə verib. O, A. Mahmudov və digərlərini ittiham edib. Şahid deyib ki, A. Mahmudov və dostları onun evini banka girov qoyaraq, pul götürmək istəyiblər. 

Ağstafada 50 ədəd çətənə kolu məhv edilib

23 Avqust 2017 13:40

Ağstafa rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Göycəli kəndi ərazisində yabanı halda bitmiş 50 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bakıda soyğunçuluqla məşğul olan dəstə zərərsizləşdirilib

23 Avqust 2017 13:35

Bakı şəhər sakini F.Qədimova hədə-qorxu gəlib pulunu almaqda şübhəli bilinən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də Bakı şəhər sakini Fazil Qədimova hədə-qorxu gəlib 300 manat pulunu almaqda şübhəli bilinən paytaxt sakinləri Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayev tutulublar. H.Ağayevə məxsus “BMW” markalı avtomobilin yük yerinə baxış zamanı oradan 1 ədəd bıçaq və kustar üsulla hazırlanmış dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

2 yaşlı uşağı öldürən azərbaycanlı qadına 12 il həbs - Qandonduran cinayət

23 Avqust 2017 13:16

Rusiyanın İvanovo vilayət məhkəməsi 25 yaşlı azərbaycanlı qadın Gülxar Şirəliyev 12 il 6 ay müddətinə azadlıqdan məhrum edib. O, 2 yaşlı ögey qızının qətlində ittiham olunub.

Dələduz lombard sahibi həbs edilib

23 Avqust 2017 13:00

Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq edən lombard sahibi tutulub. Məlumata görə, Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1975-ci il təvəllüdlü Dürrə Təvəkkül qızı İsmayılova saxlanılıb.

Dələduz Lombard sahibi həbs edilib

23 Avqust 2017 12:56

Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq edən lombard sahibi tutulub. Məlumata görə, Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1975-ci il təvəllüdlü Dürrə Təvəkkül qızı İsmayılova saxlanılıb. Qeyd edək ki, mətbuatda D. İsmayılovanın əməlləri ilə bağlı silsilə yazılar gedib. Həmin məlumatlara görə, Xətai rayonu ərazisində lombard işlədən D. İsmayılova xeyli sayda vətəndaşın girov qoyduğu əmlakları mənimsəyib. Onun vətəndaşlara ümumilikdə 300 min manatdan çox ziyan vurduğu iddia olunur.