Avtomobildən 3400 manat pul oğurlayan ələ keçib

Bakı şəhərində avtomobildən 3400 manat pul oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 22-də Nəsimi rayonu ərazisində “Lexus” markalı avtomobilə oturmuş naməlum şəxs oradan soyğunçuluq yolu ilə 3400 manat pul aparıb. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakini Məmməd Əsgərov tutulub.

Bakı şəhərində avtomobildən 3400 manat pul oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, avqustun 22-də Nəsimi rayonu ərazisində "Lexus" markalı avtomobilə oturmuş naməlum şəxs oradan soyğunçuluq yolu ilə 3400 manat pul aparıb. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakini Məmməd Əsgərov tutulub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31