Əfqan Muxtarlının şikayəti təmin edilmədi
Jurnalist Əfqan Muxtarlının barəsindəki həbs qətimkan tədbirinin daha 2 ay uzadılması ilə bağlı Nəsimi rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətə baxılıb. Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prsesdə Əfqan Muxtarlının şikayətini təmin edilməyib. İttihama görə, Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
23 Avqust 2017 16:13 KriminalJurnalist Əfqan Muxtarlının barəsindəki həbs qətimkan tədbirinin daha 2 ay uzadılması ilə bağlı Nəsimi rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətə baxılıb. Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prsesdə Əfqan Muxtarlının şikayətini təmin edilməyib. İttihama görə, Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb. Publika.az