İnsan alverində təqsirləndirilən qadına şərti cəza verilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Sevinc Mustafayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Mail Bayramovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Mustafayeva barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib. Onun barəsində başqa yerə getməmə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılıb.
23 Avqust 2017 18:50 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Sevinc Mustafayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Mail Bayramovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Mustafayeva barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib. Onun barəsində başqa yerə getməmə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, S. Mustafayeva Cinayət Məcəlləsinin 144-1 (İnsan alveri) maddəsi ilə ittiham olunur. Apa.az