Kriminal
Bayram Kürdəxanılı vəfat etdi
Tanınmış meyxana ustası Bayram Kürdəxanılı kimi tanınan Bayramqulu Quliyev ötən gecə Kürdəxanı ərazisində avtomobil vurub. "Olaylar" bildiriir ki, toy mərasimindən evinə dönən Bayram Kürdəxanlı yolu keçmək istərkən, Emin Fərhadov tərəfindən idarə olunan "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Hadisəni törətmiş şəxs onu 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və yaralıya ilk tibbi yardım göstərilib. Ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alan meyxana ustasının həyatını xilas eləmək mümükün olmayıb.
Bakıda sürücünü silahla hədələyən şəxsin digər əməlləri üzə çıxıb
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu sürücünü silahla hədələyən şəxsin həbsi ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir ki, paytaxtın polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayon ərazisində qərəzli xuliqanlıq edərək hadisə yerindən qaçmış şəxs tutularaq istintaqa cəlb edilib.
Keçmiş MTN generalının məhkəməsi davam etdirilib
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Elçin Quliyev zərərçəkmiş Mətləb Mustafayevin saxlanılması ilə bağlı epizoda münasibət bildirib. O deyib ki, zərərçəkmiş M. Mustafayev evində silah saxladığı üçün həbs olunub.
Silsilə oğurluq edən şəxs saxlanıb
Sumqayıt şəhəri ərazisindəki kondisionerlərin təmiri sexlərinin birindən oğurluq etməkdə şübhəli bilinən şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də şəhər ərazisindəki kondisionerlərin təmiri sexlərinin birindən 2 ədəd kondisioner və ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Əşrəf Qəniyev tutulub.
Qohumunun evindən 31 min manatlıq qızıl oğurlayan polisi aldatmaq istədi
Bakıda qohumunun evindən 31 min manatlıq qızıl oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 21-də Bakı şəhər sakini Bayram Mövludov Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə zəng edib rayonun S.Bəhlulzadə küçəsindəki evdə olarkən oraya gəlmiş 2 nəfər naməlum şəxs tərəfindən döyülməsini və 20 000 manat dəyərində qızıl əşyaların aparılması barədə məlumat verib.
Bakıda evə basqın olub
Bakı şəhərində evə basqın olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 18-də Binəqədi qəsəbəsi 2-ci mədən ərazisindəki evlərdən birinə gəlmiş 2 naməlum şəxs ev sahibini döyərək pul və qızıl əşyalar verməsini tələb ediblər. Lakin səs-küy yarandığından onlar istədiklərinə nail ola bilməyib və hadisə yerini tərk ediblər. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri Rasim Quliyev və Vüsal Abdullayev tutulublar.
Sabirabadda“xaş-xaş” əməliyyatı keçirilib
Sabirabad RPŞ əməkdaşları tərəfindən “Xaş-Xaş 2017” kompleks tədbirlər planına uyğun olaraq ümumi çəkisi 94 kq olan xüsusi üsulla qulluq edilərək yetişdirilən çətənə kolları aşkar olunub.
22 yaşlı Cəlilabad sakini beynəlxalq axtarışa verildi
Azərbaycanda dələduzluqda təqsirləndirilən 22 yaşlı şəxs İnterpol xətti ilə axtarışa verilib. 1995-ci il təvəllüdlü Qalib Babayev məhkəmə istintaqından yayınıb. Azərbaycanın məhkəmə orqanı Q.Babayev barəsində istintaqdan yayındığı üçün həbs qətimkan tədbiri seçib və onun axtarışa verilməsi barədə qərar çıxarıb. Həmin qərar əsasında da İnterpol Q.Babayevi axtarışa verib.
Avtomobildə pirotexniki vasitə və fişəng aşkar olunub
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21061" markalı avtomobilə gömrük baxışı keçirilib.
Lerikdə DƏHŞƏT: ata, ana və qızları diri-diri yandı
Dələduz müəlliməyə hökm oxundu
Dələduzluqda təqsirləndirilən 276 saylı məktəb-liseyin müəlliməsi Validə Əsədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Validə Əsədova 8 il müddətinə azadlıqdan məhrum edilib.
Vitse-admiral Şahin Sultanovun məhkəməsinin vaxtı bilindi
Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və təqsirləndirilən digər 27 nəfərin Bakı Hərbi Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətinə baxılacaq vaxt məlum olub.
Mağazadan pul və velosiped oğurlayanlar ələ keçiblər
Qəbələ rayonunun Zarağan kəndi ərazisindəki mağazalardan birindən pul və 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 20-nə keçən gecə Zarağan kəndi ərazisindəki mağazalardan birindən 80 manat pul və 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Vurğun Həsənov və Orxan Hacıyev tutulublar.
Soyğunçuluqda şübhəli bilinən yeniyetmə tutulub
Bakı şəhər sakininin mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən yeniyetmə tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi və Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə cari il iyunun 18-də Bakı şəhər sakini Nərminə Hüseynovanın mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Mingəçevir şəhər sakini olan yeniyetmə şəhər ərazisində tutulub.














