Kriminal

“Ford”un vurduğu piyada xəstəxanada keçinib

21 Avqust 2017 16:20

İsmayıllı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, avqustun 20-də saat 21 radələrində İsmayıllı rayonunun Diyallı kəndində rayon sakini Aydən Məmmədli idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Xalid Mustafayevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

Bakı sakinini bıçaqlayan şəxs saxlanılıb

21 Avqust 2017 15:21

Bakı şəhərində bıçaqlama hadisəsi qeydə alınıb. Şəhər sakininə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən R.Məmmədrzayev tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 19-da Bakı şəhər sakini Kənan Mikayılova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini Rza Məmmədrzayev Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Oğlunu öldürən ana məhkəmədə qeyri-adi hərəkətlər edib - Təriqət üzvüdür

21 Avqust 2017 14:43

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktında göstərilib ki, N. Qulubəyova oğlunun bədənindən cinləri çıxarmaq adı ilə onu boğduğunu deyib.  Təqsirləndirilən N. Qulubəyova hadisə barədə danışmaq istəmədiyini deyib və özünü pis hiss etdiyini bildirib. O, məhkəmə zamanı əl-qolla hərəkət etməsinin səbəbini gözünə müəyyən şeylərin görünməsi ilə əsaslandırıb.

Nazpəri Dostəliyevanın evindən nələr oğurlanıb?- Dəhşət

21 Avqust 2017 14:40

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq olub. Hadisə avqustun 19-da qeydə alınıb. N. Dostəliyevanın Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi 15 ünvanında yerləşən evindən içərisində pul və sənədlər olan seyf oğurlanıb. Xalq artisti bu barədə polisə məlumat verib.

"Oğlumun bədəninə cin girdiyi üçün onu boğdum" - Anadan məhkəmədə şok açıqlama

21 Avqust 2017 14:38

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.  Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktında göstərilib ki, N. Qulubəyova oğlunun bədənindən cinləri çıxarmaq adı ilə onu boğduğunu deyib.  Təqsirləndirilən N. Qulubəyova hadisə barədə danışmaq istəmədiyini deyib və özünü pis hiss etdiyini bildirib. O, məhkəmə zamanı əl-qolla hərəkət etməsinin səbəbini gözünə müəyyən şeylərin görünməsi ilə əsaslandırıb.

Dövlət müəssisəsindən oğurluq edən tutulub

21 Avqust 2017 14:00

Sumqayıtda dövlət müəssisəsindən oğurluq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də şəhər ərazisindəki MMC-lərdən birinin inzibati binasından və Regional Mədəniyyət və Turizm İdarəsindən mobil telefon, qol saatı, gödəkcə, idman çantası, noutbuk və elektron kart oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Mahmudov tutulub.

Akif Çovdarovun məhkəməsində Tağı Əhmədovun nümayəndəsi çıxış etdi

21 Avqust 2017 13:28

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

22 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verildi

18 Avqust 2017 16:38

Azərbaycanda dələduzluqda təqsirləndirilən 22 yaşlı şəxs İnterpol xətti ilə axtarışa verilib. 1995-ci il təvəllüdlü Qalib Babayev məhkəmə istintaqından yayınıb. Azərbaycanın məhkəmə orqanı Q.Babayev barəsində istintaqdan yayındığı üçün həbs qətimkan tədbiri seçib və onun axtarışa verilməsi barədə qərar çıxarıb.Həmin qərar əsasında da İnterpol  Q.Babayevi axtarışa verib.

Şirvanda qətl hadisəsi törədilib

18 Avqust 2017 16:17

Şirvan şəhəri ərazisindəki parkda əvvəllər məhkum olunmuş Ə.Əliyevə bıçaqla xəsarət yetirən şəhər sakini Y.Məmmədov könüllü olaraq ŞPŞ-yə gələrək istintaqa təslim olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 17-də Şirvan şəhəri ərazisindəki parkda şəhər sakini, əvvəllər məhkum olunmuş Əvəz Əliyev münaqişə zəminində həmyerlisi Anar Məmmədovun baş nahiyəsinə tapançanın dəstəyi ilə, hadisə yerində olan sonuncunun qardaşı Yaşar isə Ə.Əliyevə bıçaqla xəsarət yetirib. Ə.Əliyev aldığı xəsarətdən hadisə yerində ölüb.Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı nömrəsi silinmiş “Makarov” markalı tapança aşkar edilərək götürülüb. Y.Məmmədov könüllü olaraq ŞPŞ-yə gələrək istintaqa təslim olub. Faktla əlaqədar cinayət işi başlanılıb.

Siqaret qaçaqmalçıları ifşa edilib

18 Avqust 2017 16:07

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən 50 000 ədəd siqaretin realizə edilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “Olaylar”a a verilən məlumata görə, Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi (XDARİMM) Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan tütün məmulatlarının Bakı şəhərində realizə edilməsi barədə məlumat daxil olub.

Arvadına və qaynanasına bıçaqlayıb polisə təslim oldu

18 Avqust 2017 15:57

Göygöl rayonunda münaqişə zəminində arvadına və qaynanasına bıçaqla xəsarət yetirən Z.Əliyev Gəncə şəhər Baş Polis İdarəsinə gələrək istintaqa təslim olub.

Ağdaş sakinlərindən 1,9 kq tiryək götürülüb

18 Avqust 2017 15:56

Ağcabədi rayon sakinlərindən1 kiloqram 900 qram tiryək götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Yardımlı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayon sakinləri Füzuli Həsənovdan və əvvəllər məhkum olunmuş Sabit Babayevdən 1 kiloqram 900 qram tiryək götürülüb.

“Şər ruhu qovmaq“ istəyən qadın 5 yaşlı oğlunu boğub

18 Avqust 2017 15:49

Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı övladını boğaraq öldürməkdə ittiham olunan 35 yaşlı Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesə hakim Novruz Kərimov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı avqustun 21-nə təyin edilib.