Kriminal

Keçmiş MTN generalı: “Heç kimdən pul almamışam”

18 Avqust 2017 14:18

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

500 manata görə Bakıda bir ailənin iki uşağı qətlə yetirildi

18 Avqust 2017 08:07

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacı və qardaşı öldürən, analarına xəsarət yetirməkdə ittiham olunan Astara rayonu, Kərkivan kənd sakini, 20 yaşlı Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının əməkdaşının məhkəmə zalından verdiyi xəbərə görə, prosesə hakim Faiq Qəniyev sədrlik edib. Bu il aprelin 2-də gecə təxminən saat 1-də Nərimanov rayonunun Keşlə qəsəbəsində Bakı şəhər sakini Fəridə Qasımovanın üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evinin qarşısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

6 günlük körpəni öldürüb quyuya atan nənəsi deyil, əsl qatil isə... - Şok iddia

18 Avqust 2017 07:26

 Lənkəranın Darquba kəndində öldürülən 6 günlük körpə Nurullayev Mələk Şaiq qızının ölümü ilə bağlı sözügedən kənddə yeni şayiələr yayılıb. İddiaya görə, ürəyinə iynələr sancılaraq öldürülüb, daha sonra su quyusuna atılan körpənin qatili heç də nənəsi Atifə Nurullayeva deyil. Kənd camaatı iddia edir ki, körpəni öldürən onun doğma əmisi Faiq Nurullayevin həyat yoldaşı olub. Səbəb isə bir uşaqdan sonra ikinci uşağa hamilə qala bilməyən əmi arvadının, ikinci dəfə uşaq dünyaya gətirən qaynı arvadına qısqanclığıdır.

Göygöldə dəhşətli qətl - qadının başını kəsdilər

17 Avqust 2017 19:18

Göygöl rayonunda iki qadın amansızlıqla qətlə yetirilib. Onlardan biri başı kəsilərək öldürülüb, digərinə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Təcili tibbi yardım briqadası hadisə yerinə gələrkən hələ həyatda olan yaralı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda soyğunçuluqla məşğul olan şəxs saxlanıb

17 Avqust 2017 16:26

Sumqayıt şəhərində soyğunçuluq hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, avqustun 16-da Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində naməlum şəxs Bakı şəhər sakini Almagül Əhmədovanın içərisində 192 manat pul və sənəd olan çantasını soyğunçuluq yolu ilə alıb. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Nizami Ağamalıyev həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub. Araşdırma aparılır. 

Gədəbəydə döyülən kişi ölüb

17 Avqust 2017 15:41

Münaqişə zəminində həmkəndlisini döyərək ona ölümcül xəsarət yetirən Gədəbəy rayon sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 13-də Gədəbəy rayonunun Arıxdam kənd sakini Telman Qurbanov qarın nahiyəsinin küt xəsarəti ilə xəstəxanaya gətirilib və avqustun 16-da orada ölüb.

Qadının çantasını oğurlayan şəxs ələ keçib

17 Avqust 2017 14:18

Bakıda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, avqustun 11-də Bakı şəhər sakini olan bir qadının içərisində geyim əşyaları və 3000 manat dəyərində qızıl əşyaları olan çantası oğurlanıb. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini Hidayət Həsənov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Evdən 12 min manat aparan tutulub

17 Avqust 2017 14:17

Bakıda mənzildən 12 min manatdan çox  pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məumata görə, Yasamal rayon 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 29-da rayon ərazisindəki evlərdən birindən 12.000 manatı və 1800 ABŞ dolları, habelə qızıl üzük oğurlamaqda şübhəli bilinən Elvin İsrafilov tutulub. Faktla bağlı araşdırma aparılır.

Mağazanı qarət edən dəstə üzvü saxlanılıb

17 Avqust 2017 14:17

Bakı şəhərində mağazadan oğurluq edən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Binəqədi rayon 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də rayon ərazisindəki mağazalardan birindən 500 manat pul və tütün məmulatı, habelə orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından 385 manat pul oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü – əvvəllər məhkum olunmuş Beyləqan rayon sakini Xəzər Hüseynov tutulub. Araşdırma aparılır.

"Dedi açar göndərirəm, evimdən pul götür" - Tanışı ilə birgə qohumunun evini yardı - VİDEO

17 Avqust 2017 13:51

Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin əməkdaşları rayon ərazisindəki evlərdən birində baş verən oğurluq faktının üstünü açıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ramiz Ağayev və tanışı Ziyad Abdullayev tutulublar. Onların saxlanması ilə başqa qaranlıq məsələlərə də işıq düşüb. Araşdırmalarla məlum olub ki, Ramiz Ağayev tanışı ilə birgə öz qohumunun evinə müxtəlif vaxtlarda bir neçə dəfə oğurluğa girib. Özü də elə qohumunun ona olan etimadından sui-istifadə etməklə.

"Kamran Həsənli hələ də 85 mini qaytarmayıb"

17 Avqust 2017 12:55

Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasındakı pul qalmaqalı davam edir. Bu barədə  S.Piriyevin hüquqlarını müdafiə edən hüquqşünas Ruslan Əhmədoğlu deyib: "Bildiyiniz kimi, Nərimanov rayon prokurorunun təqdimatı əsasında Kamran Həsənli barədə başlanılmış cinayət işi artıq ilyarımdır ki, süni şəkildə yubadılır. Samir Piriyevə külli miqdarda ziyan vurmuş, bacısı Gülərlə əvvəlcədən əlbir olmuş və etibardan sui-istifadə edib aldadaraq mənimsədiyi 115 min ABŞ dollarının 15 mininin əvəzinə avtomobil verib, 10 minini isə nağd pul şəklində qaytarıb.

Beynəlxalq axtarışda olan azərbaycanlı Rusiyada tutuldu

17 Avqust 2017 12:15

İnterpol xətti ilə axtarışda olan şəxs Rusiyada tutulub. Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 2015-ci ildən Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1977-ci il təvəllüdlü Rəvan Əliyev Rusiyada həbs edilərək Azərbaycana ekstradisiya olunub.

Vidadi Zeynalov 13 illik həbs cəzasına etiraz etdi — Apellyasiya şikayəti verdi

17 Avqust 2017 11:26

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov barəsində olan hökmdən apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində təqdim olunub. Şikayətdə onun barəsində bəraət hökmünün çıxarılması istənilib.

Bakıda İran vətəndaşını vuraraq qaçan taksi sürücüsü saxlanılıb

16 Avqust 2017 17:43

Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.