Gədəbəydə döyülən kişi ölüb

Münaqişə zəminində həmkəndlisini döyərək ona ölümcül xəsarət yetirən Gədəbəy rayon sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 13-də Gədəbəy rayonunun Arıxdam kənd sakini Telman Qurbanov qarın nahiyəsinin küt xəsarəti ilə xəstəxanaya gətirilib və avqustun 16-da orada ölüb.

Münaqişə zəminində həmkəndlisini döyərək ona ölümcül xəsarət yetirən Gədəbəy rayon sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, avqustun 13-də Gədəbəy rayonunun Arıxdam kənd sakini Telman Qurbanov qarın nahiyəsinin küt xəsarəti ilə xəstəxanaya gətirilib və avqustun 16-da orada ölüb. Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə avqustun 13-də T.Qurbanovu həmkəndlisi Kamil Muxtarov tərəfindən münaqişə zəminində döyməsi müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə K.Muxtarov saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31