Sumqayıtda soyğunçuluqla məşğul olan şəxs saxlanıb
Sumqayıt şəhərində soyğunçuluq hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, avqustun 16-da Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində naməlum şəxs Bakı şəhər sakini Almagül Əhmədovanın içərisində 192 manat pul və sənəd olan çantasını soyğunçuluq yolu ilə alıb. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Nizami Ağamalıyev həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub. Araşdırma aparılır.
17 Avqust 2017 16:26 KriminalSumqayıt şəhərində soyğunçuluq hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, avqustun 16-da Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində naməlum şəxs Bakı şəhər sakini Almagül Əhmədovanın içərisində 192 manat pul və sənəd olan çantasını soyğunçuluq yolu ilə alıb. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Nizami Ağamalıyev həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub. Araşdırma aparılır.