Kriminal

Gədəbəydə 14 yaşlı gənc qətlə yetirilib

16 Avqust 2017 16:48

Gədəbəy rayonunda  qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 15-də Gədəbəy şəhərindəki parkda naməlum şəxs rayon sakini 14 yaşlı Turay Şabanova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. T.Şabanov xəstəxanaya aparılarkən yolda ölüb. Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, rayon sakini olan yeniyetmə saxlanılıb.

Prokuror Akif Çovdarova 15 illik həbs cəzası istəyib - YENİLƏNİB

16 Avqust 2017 16:40

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.  Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclasda prokuror çıxış edir. Dövlət ittihamçısı Akif Çovdarovun rütbələrdən, fəxri adlardan, 3 il rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilməklə 15 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.  Prokuror digər təqsirləndirilənlər - Səlim Məmmədovun 12 il, Akif Əliyev və Orxan Osmanovun hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilmələrini  istəyib. 

Beyləqanda məktəbli qızı zorlayan 5 nəfərdən biri məmur oğlu imiş

16 Avqust 2017 16:39

Beyləqanda 5 həmkəndlisi tərəfindən cinsi zorakılığa məruz qalan məktəbli qızın videogörüntüsünü çəkən məmur oğlu imiş. Məktəbli qızın videogörüntüsünün çəkilməsində qapını arxadan bağlayan və çirkin istəklərinin həyata keçirilməsində Rasim Babayevə dəstək verən Murad Həziyev dövlət qurumlarından birinin Beyləqan Rayon Şöbəsinin məsul əməkdaşı İsaxan Həziyevin oğludur. İsaxan Həziyev Birinci Şahsevən kəndinin aparıcı mühəndisidir. Məlumata görə, İsaxan Həziyev oğlunun bu əməlindən xəbərdardır. Ancaq oğlunun azyaşlı olduğunu səbəb gətirən məmur hər cəhdlə onu bu cinayətdən kənarda saxlamağa çalışır.

Xaricilər Azərbaycanda 111 cinayət törətib

16 Avqust 2017 16:16

Bu ilin yanvar-iyun aylarında xarici ölkə vətəndaşları tərəfindən Azərbaycanda 111 cinayət hadisəsi törədilib. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cinayətlərin 31,5 faizi MDB ölkələrinin vətəndaşları tərəfindən törədilib. Ümumilikdə 2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 13 182 cinayət faktı qeydə alınıb ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisinə nisbətən 7,5 faiz azdır.

Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb

16 Avqust 2017 16:01

Penitensiar xidmətin Baş idarəsinin və 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində müəssisəyə mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınmışdır.

Evdən qızıl aparan bir ildən sonra ələ keçdi

16 Avqust 2017 15:20

Gədəbəy rayonu ərazisindəki evlərdən birindən qızıl əşyalar oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsi və Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il avqustun 25-də rayon ərazisindəki evlərdən birindən 5100 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Akif Orucov tutulub. İlkin araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

Keçmiş məhkumlar “iş başında” yaxalandılar

16 Avqust 2017 15:16

Bakı şəhər sakinlərinin mobil telefonlarını soyğunçuluq və dələduzluq yolu ilə almaqda şübhəli bilinən şəxslər tutulublar.

“Milli Ön”dən pul oğurlayan saxlandı

16 Avqust 2017 14:35

Binəqədi rayonu ərazisindəki mağazalardan birindən pul və tütün məmulatı, habelə orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 11-də rayon ərazisindəki mağazalardan birindən 500 manat pul və tütün məmulatı, habelə orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından 385 manat pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Cavad İsayev tutulub.

Daha bir azərbaycanlı beynəlxalq axtarışa verildi

16 Avqust 2017 12:29

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. Məlumata görə, oğurluqda təqsirləndirilən 1982-ci il təvəllüdlü Vüsal Məmmədov Azərbaycanın məhkəmə orqanı tərəfindən məhkəmə istintaqına cəlb edilib. 

"Dəmirçi Plaza"da qətl: "Oğlumun başı darmadağın olub, məsciddə yuyanlar dedilər ki..."

15 Avqust 2017 17:00

Bakı Ağır Cinayətlər Məhkəməsində "Dəmirçi Plaza"da qəsdən adam öldürməkdə ittiham olunan Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Prosesə hakim Fikrət Qəribov sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, qətl hadisəsi bu ilin yanvar ayının 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib.

Atasına dovğanın içində narkotik ötürmək istədi

15 Avqust 2017 16:10

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Qohumunu zorlayaraq şantaj edən şəxs həbs edilib

15 Avqust 2017 16:03

Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Gülçin Məmmədlinin (ad, soyad şərtidir) köməksiz vəziyyətindən istifadə etməklə qohumu–Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Məftun Bayramov tərəfindən 2015-ci ilin sentyabrından 2016-cı ilin noyabr ayınadək olan müddətdə mütəmadi olaraq Bakı və Sumqayıt şəhərlərində zorlanması və seksual xarakterli digər zorakılıq hərəkətlərinə məruz qalması faktına görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 149.1(zorlama) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə cinayət işi başlanıb. Bu barədə Bakı şəhər Prokurorluğundan məlumat verilib.  Bildirilib ki, iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İstintaqla həmçinin M.Bayramovun çəkdiyi intim əlaqələrini əks etdirən video görüntü və foto şəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədələyərək G.Məmmədlidən 1890 manat dəyərində qızıl-zinyət əşyalarını almasında əsaslı şübhələr müəyyən edilib.

Keçmiş məhkumdan marixuana götürülüb

15 Avqust 2017 15:51

Bakı şəhər sakinindən narkotik vasitə açkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Məhəmmədovdan 19,922 qram heroin və 490 qram marixuana götürülüb.

Kafedə bıçaqlanma-ölən və yaralanan var

15 Avqust 2017 15:50

Qaradağ rayonunda fəaliyyət göstərən kafelərin birində kütləvi dava olub. DİN-dən verilən məlumata görə, avqustun 15-də Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisindəki kafelərdən birində qəsəbə sakini Amal Zülfüqarov münaqişə zəminində həmyerlisi Qismət Məmmədliyə və digər 2 nəfərə bıçaqla xəsarət yetirib.

Sərxoş sürücü əcnəbini vurub öldürdü

15 Avqust 2017 15:24

Avqustun 14-də  Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumatına görə, saat 4 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində əcnəbi vətəndaş olan Həsən Heydərinin idarə etdiyi “Oka” və naməlum sürücünün idarə etdiyi “London Taxi” markalı avtomobillər toqquşub.