Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin Baş idarəsinin və 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində müəssisəyə mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınmışdır.

Penitensiar xidmətin Baş idarəsinin və 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində müəssisəyə mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınmışdır. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; 67.1 və 68.2-ci maddələrinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Tural Qədim oğlu ilə qısamüddətli görüşə gəlmiş dayısı Rusiya Federasiyasının vətəndaşı Əsədov Mübariz Əbülfət oğlu və bacısı Samux rayon sakini Hüseynova Aytən Qədim qızı tərəfindən gətirilmiş sovqata və əşyalara baxış keçirilən zaman vətəndaş A.Hüseynovaya məxsus əl çantasının içərisində gizlədilmiş 1 ədəd "Samsung" markalı mobil telefon aparatı, 1 ədəd qulaqcıq və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür. Fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Ədliyyə Nazirliyi İstintaq idarəsinə göndərilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31