Keçmiş məhkumlar “iş başında” yaxalandılar

Bakı şəhər sakinlərinin mobil telefonlarını soyğunçuluq və dələduzluq yolu ilə almaqda şübhəli bilinən şəxslər tutulublar.

Bakı şəhər sakinlərinin mobil telefonlarını soyğunçuluq və dələduzluq yolu ilə almaqda şübhəli bilinən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Yasamal rayon Polis İdarəsinin 26-cı oikis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-13-də Bakı şəhər sakinləri Hüseyn Həsənovun mobil telefonunu soyğunçuluq, Ariz Şahbazzadənin mobil telefonunu isə dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədov və Oqtay Əzimzadə tutulublar. Faktla bağlı araşdırma aparılır. 

.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31