Kriminal
Sərxoş sürücü əcnəbini vurub öldürdü
Avqustun 14-də Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumatına görə, saat 4 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində əcnəbi vətəndaş olan Həsən Heydərinin idarə etdiyi “Oka” və naməlum sürücünün idarə etdiyi “London Taxi” markalı avtomobillər toqquşub.
Siqaret qaçaqmalçıları ifşa olundu
Yevlax Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Mingəçevir şəhər sakininin idarə etdiyi OPEL SİGNUM markalı 66 BJ 720 dövlət nömrə nişanlı avtomobil Mingəçevir şəhəri Mərkəzi Bazar ərazisində gömrükçülər tərəfindən saxlanılıb və sürücüyə qanunvericiliyin tələblərinə uyğun olaraq gömrük baxışı keçirilməsi üçün nəqliyyat vasitəsinin Yevlax Gömrük İdarəsinin inzibati binasının həyətinə aparılacağı bildirilib.
Avtomobil oğrularının qolları qandallandı
Avqustun 11-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Fərhad Seyidova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Əziz Paşayev tutulub.
Evlərə qənim kəsilən dəstə zərəsizləşdirilib
Yasamal rayonu ərazisindəki evlərdən birindən pul oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də rayon ərazisindəki evlərdən birindən 45.500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ramiz Ağayev və Ziyad Abdullayev tutulublar.
Ağcabədidə avtomobil təmir sexi yanıb
Ağcabədi rayonu, Taynaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 500 m2 olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 15 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Evə basqın edən şəxs həbs edilib
Avqustun 14-də Səbail rayonu ərazisində yaşayan Gülşən Zeynalovanın evinə basqın edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, eyvanın pəncərəsindən girmiş naməlum şəxs ev sahibəsinə bıçaqla xəsarət yetirib. Lakin səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.
Gürcüstanda azərbaycanlıların yaşadığı qəsəbədə növbəti xüsusi əməliyyat keçirildi
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin azərbaycanlıların yaşadığı Poniçala qəsəbəsində növbəti xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı narkotik cinayətkarlığı faktı ilə əlaqədar 1 nəfər saxlanılıb. Daha bir nəfər (qadın) polis bölməsinə aparılaraq dindirilib.
Evdən 18 min manat pul oğurlayan şəxs tutulub
Salyan rayonunda evdən 18 min manat pul oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də rayonun Xıdırlı kəndi ərazisindəki evlərdən birindən 18 000 manat pul, mobil telefon və 7900 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən kənd sakini Ruslan Abdullayev tutulub.
Otaq yoldaşına xəsarət yetirib aradan çıxdı
Nərimanov rayonu ərazisində kirayədə yaşadığı mənzildə otaq yoldaşına xəsarət yetirən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 13-də saat 4.00 radələrində Nərimanov rayonu ərazisində kirayədə yaşayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Hacıyev münaqişə zəminində otaq yoldaşı, Gəncə şəhər sakini Orxan Mustafayevə küt alətlə çoxsaylı xəsarət yetirib.
Bərdədə avtomobil piyadanı vurub öldürdü
Bərdə rayonunda avtomobillə adam vurulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 13-də saat 3.00 radələrində Bərdə rayonunun Şıxlı kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Şəbnəm İsmayılova vurulub və o, hadisə yerində ölüb.
Külli miqdarda qanunsuz siqaret aşkar edilib
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında İdarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikası, Azərbaycan Respublikası və Gürcüstan ərazilərindən tranzit keçməklə İraq Respublikasından Türkiyə Respublikasına yüksüz gedən Türkiyə Respublikası vətəndaşı Yıldırım Süleymanın idarə etdiyi "VOLVO" markalı 47 PC 821/33 AS 368 nömrə nişanlı soyuducu yük avtomobili saxlanmış, gömrük və sərhəd xidməti əməkdaşları birgə yük avtomobilinə əsaslı baxış keçirmişlər.
Heroin alverçiləri yaxalandılar
Bakıda heroin alveri ilə məşğul olan şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi əməkdaşları tərəfindən Bakı şəhər sakinləri Seyran Şahbazov və Həbib İbrahimovdan müvafiq olaraq 705 qram və 305,11 qram heroin götürülüb.
Xadimənin əl-ayağını bağlayıb seyfi qarət etdilər
Bakıda evlərdən birindən quldurluq yolu ilə külli məbləğdə pul, qızıl əşyalar və tüfəng aparmaqda şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xəzər Rayon Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də rayonun Buzovna qəsəbəsindəki evlərdən birinə açıq qalmış qapıdan girib orada xadimə işləyən qadının əllərini və ayaqlarını kəmərlə bağlayıb seyfdən 75 000 manat, 11 000 ABŞ dolları, 200 000 manat dəyərində qızıl əşyalar və “Vinçestr” markalı tüfəng aparmaqda şübhəli bilinən paytaxt sakini Elvin Piriyev saxlanılıb. Şəxsiyyəti müəyyən edilən daha 3 nəfərin tutulması istiqamətində tədbirlər görülür.
Bakıda “London Taxi”si qaçırıldı
Bakıda “London Taxi” markalı avtomobili qaçırılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 11-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən Cəbrayıl rayon sakini Allahyar Hüseynovun idarə etdiyi “London Taxi” markalı avtomobili qaçırılıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Pölis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rantik Quliyev tutulub, avtomobil Baksol yaşayış sahəsində tapılıb.














