Kriminal

Bakıda piyadanı vuraraq qaçan sürücü həbs edilib

11 Avqust 2017 16:54

Bakıda piyadanı vuraraq qaçan sürücü həbs edilib. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan daxil olan birgə məlumatda qeyd olunur ki, Xəzər rayonunun polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Avtomobil qaçıran 2 şəxs saxlanıb

11 Avqust 2017 15:56

İyunun 24-də Bakı şəhər sakini Şaiq Alıyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində maqda şübhəli bilinən paytaxt sakini Aleksey Litvinenko tutulub. Bundan başqa, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Bakı şəhər sakini Elmar Ocaqquliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən qrupun digər üzvü - paytaxt sakini Aslan Əliyev tutulub.

Soyğunçular ələ keçdilər

11 Avqust 2017 15:23

Bakı şəhər sakininə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 10-da saat 2 radələrində Nəsimi rayonunun Moskva prospektində 2 naməlum şəxs Bakı şəhər sakini İlqar Ağayevə zor tətbiq edərək pulunu və mobil telefonunu alıb.

Azərbaycanlı “qanuni oğru”ların sayı açıqlandı - ADLAR

11 Avqust 2017 15:03

Hazırda dünyada 17 azərbaycanlı "qanuni oğru" var. Bu barədə Rusiyanın kriminal mətbuatı məlumat yayıb. Məlumata görə, onların bəziləri həbsxanada, bir neçəsi axtarışda, qalanları azadlıqdadır. "Zaur Naxçivanski", "Tolik Noqinski", "Albert Piterski", "Rüfət Gəncinski", "Emin Hacıqabulski", "İlqar Bakinski" Rusiyada həbsxanadadırlar.

Təmir sexinin seyfindən pul oğurlanıb

11 Avqust 2017 13:10

Bərdə rayonu ərazisindəki elektrik avadanlıqlarının təmiri sexlərindən birində oğurluq törətməkdə şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 9-da Bərdə rayonu ərazisindəki elektrik avadanlıqlarının təmiri sexlərindən birində seyfdən 920 manat pul və videoqeydiyyat qurğusunu oğurlmaqda şübhəli bilinən şəhər sakini Azər Lətifi Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Evlərdən pul və qızıl aparan tutulub

11 Avqust 2017 13:09

Paytaxtın Nizami rayonu ərazisindəki evlərdən birindən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də rayon ərazisindəki evlərdən birindən 1700 manat, 75 ABŞ doları, habelə 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elmin Cəfərov tutulub.

Özünü MTN polvovniki kimi təqdim edən qadına və tanışına hökm oxunub

10 Avqust 2017 18:34

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Akimova 13 il, İ. Baxışov isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Ötən iclasda çıxış edən prokuror A. Akimovanın 13 il, İ. Baxışovun isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İttihama görə, A. Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi tanıtmaqla dələduzluq edib. Həmin cinayət işində onun İ. Baxşıyevlə əlbir olduğu bildirilir. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olublar.

Gədəbəydə qətl hadisəsinin üstü açılıb

10 Avqust 2017 17:45

Gədəbəy rayonunda 2 quldurluq, həmçinin keçmiş illərdən bağlı qalmış 1 qətl hadisəsinin üstü açılıb. DİN və Baş Prokurorluqdan verilən birgə məlumata görə, bu il avqust ayının 5-də naməlum şəxs Gədəbəy rayonun İnəkboğan kənd sakini Əjdər Ələkbərovun evinə qanunsuz daxil olaraq ona qarşı zor tətbiq edib, müxtəlif xəsarətlər yetirərək pul tələb edib. Məqsədinə nail olmadıqda isə ev sahibinə məxsus 1 ədəd “NOKİA” markalı telefonu götürərək hadisə yerini tərk edib.

Aptekdən oğurluğa cəhd göstərən şəxs hadisə yerində saxlanılıb

10 Avqust 2017 16:56

Polis Səbail rayonunda aptekdən oğurluğa cəhd göstərən şəxsi hadisə yerində saxlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, gecə saatlarında Səbail Rayon Mühafizə İdarəsi (RMİ) əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan Qurban Abbasov küçəsindəki aptekdən Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Evlərə qənim kəsilən keçmiş məhkum ələ keçib

10 Avqust 2017 16:02

Şabran RPŞ-nin əməkdaşları tərəfindən avqustun 8-də rayon ərazisindəki evlərdən birindən 200 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Zamin Məlikov tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

Oğurluğun üstü 4 aydan sonra açıldı

10 Avqust 2017 16:01

Suraxanı rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 8-də rayon ərazisindəki mağazalardan birindən 1000 manat pul oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Ramin Ələkbərov tutulub.

Narkotik becərən keçmiş məhkumlar tutulub

10 Avqust 2017 15:59

Balakən rayonunda narkotik vasitə yetişdirəm keçmiş məhkumlar saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Katex kəndi ərazisində Mahamalar kənd sakinləri, əvvəllər məhkum olunmuş Firuddin Xəlilov və İslam Xəlilov tərəfindən aqrotexniki qaydada becərilmiş 50 ədəd çətənə kolu və 2 kiloqram 135 qram marixuana aşkar edilərək götürülüb.

35 ədəd rels altlığını oğurlayan saxlanıb

10 Avqust 2017 15:57

Gəncə dəmir yolunda oğurluq hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 9-da Gəncə dəmiryolu stansiyası ərazisindən 35 ədəd rels altlığını oğurlamaqda şübhəli bilinən şəhər sakini Samir Ələkbərov tutulub.

Telefon oğrusu saxlanıb

10 Avqust 2017 15:53

Mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 8-də Bakı şəhər sakini Vüsal Məmmədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Akif Əliyev Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutulub.