Kriminal

Həyətində və evində narkotik aşkar edildi

10 Avqust 2017 15:51

Tovuz rayonunda marixuana yetişdirən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Tovuz RPŞ əməkdaşlarının həyata  keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qovlar şəhər sakini Kərim Kərimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 10 ədəd çətənə kolu aşkar edilib. Evinə baxış zamanı isə 22 qram marixuana aşkar edilərək götürülüb.

Rusiyaya işləməyə gedən azərbaycanlının meyiti tapıldı

10 Avqust 2017 12:28

Rusiyanın Lipetsk şəhəri yaxınlığındakı meşədə Azərbaycan vətəndaşının ağacdan asılmış meyiti tapılıb. Meyiti səhər tezdən meşədə itiylə gəzən yaşlı qadın aşkar edib.

Azyaşlıya qarşı cinsi zorakılıq edən şəxs həbs edilib

9 Avqust 2017 18:55

Azyaşlıya qarşı cinayət törətməkdə şübhəli bilinən şəxs həbs edilib. Baş Prokurorluqdan  verilən məlumata görə, Bakı şəhər sakini, azyaşlı Nigar Hüseynovaya (ad, soyad şərtidir) qarşı 1983-cü il təvəllüdlü Abbas Murad tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə avqustun 8-də Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

Sumqayıtda keçmiş polis işçisi arvadını öldürdü

9 Avqust 2017 18:10

Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb. Keçmiş polis işçisi Nazim Allahverdiyev münaqişə zəminində həyat yoldaşı 1967-ci il təvəllüdlü Allahverdiyeva Nurbahar Ağacan qızını bıçaqlayıb. N.Allahverdiyeva bədənin kəsilmiş-deşilmiş yaraları diqanozu ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Qoyun oğruları tutulub

9 Avqust 2017 17:25

Masallı rayon sakinləri Azad Əliyev və Novruz Abbasov avqust ayının 3-dən 7-dək olan müddətdə yardımçı təsərrüfatdan və fermadan qoyunların oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət ediblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin faktlarla əlaqədar Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Mobil telefon oğrusu ələ keçdi

9 Avqust 2017 17:24

Qazax rayonu ərazisindəki mağzalardan birindən xeyli sayda telefon oğurlanması barədə “102 Zəng Mərkəzi”nə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsində yaradılan əməliyyat qrupu hadisə yerinə gələrək oranı müayinə edib, müvafiq araşdırmalar aparılıb.

Balakəndə “Xaşxaş - 2017” əməliyyatı keçirilib

9 Avqust 2017 17:22

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində “Xaşxaş 2017” kompleks tədbirlər planına uyğun olaraq tədbirlər davam etdirilir.

Prokuror Akif Çovdarov və digərlərinə cəza istəyəcək

9 Avqust 2017 16:31

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Avtomobilin vurduğu piyada yerində keçinib

9 Avqust 2017 14:50

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, avqustun 8-də saat 13 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Bəhman Cabbarov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi Yeganə Verdiyevanı vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib

9 Avqust 2017 14:10

Avqustun 8-də saat 22 radələrində Şəmkir rayonunun Qasımalılar kəndinin ərazisində şəhər sakini Samir Əsgərzadənin idarə etdiyi “Mercedes” və Gədəbəy rayon sakini Rauf Şirinovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşub. Nəticədə Z.Şirinovun sərnişini -  atası Zahid hadisə yerində ölüb, özü və digər sərnişini, habelə S.Əsgərzadə və sərnişini xəstəxanaya yerləşdiriliblər. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

DİN  Novxanıdakı yol-nəqliyyat hadisəsi barədə məlumat yaydı

9 Avqust 2017 14:09

Avqustun 8-də saat 20 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində qəsəbə sakini Mehman Seyidovun idarə etdiyi “VAZ-2106”, Bakı şəhər sakini Elçin Qasımovun və Qubdalı rayon sakini Nadir Həsənquliyevin idarə etdikləri 2 “Mercedes” markalı avtomobillər toqquşub. DİN-dən “Olaylar”a verilən məlumata görə, nəticədə M.Seyidovun sərnişinlərindən azyaşlı qızları Gülçöhrə və Mehram hadisə yerində ölüb, özü və digər sərnişini, habelə N.Həsənquliyev  və 2 sərnişini, E.Qasımovun isə 1 sərnişini xəstəxanaya yerləşdiriliblər. Abşeron RPİ tərəfindən araşdırma aparılır.

9 avtomobili qarət edən ələ keçib

9 Avqust 2017 14:06

Bakıda avtomobillərdən silsilə oğurluqlar edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilinən Ramal Qəhrəmanovla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində onun cari ilin may-iyul ayları ərzində 9 avtomobildən oğurluq etdiyi də müəyyən edilib.

“BMW” iki velosipedçini vurub-ölən və yaralanan var

9 Avqust 2017 11:40

Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, hadisə Bakı dairəvi yolunun Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.Belə ki, Tağıyev Şakir Zülfi oğlu idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən iki velosipedçini vurub. Arxada hərəkətdə olan “KİA” markalı avtomobildə BMW-yə çırpılıb. Nəticədə velosipedi sürən təxminən 35 yaşlı kişi hadisə yerində ölüb. Digər velosipedçi 1993-cü il təvəllüdlü Rəhimova Fidan Rüstəm qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Ata üç oğlunu bıcaqladı – İKİSİ HƏLAK OLDU

9 Avqust 2017 11:38

Türkiyənin Üsküdar vilayətində ailə faciəsi baş verib. “Olaylar” “Milliyet” - ə istinadən bildirir ki, Aslan Güleryüz adlı ata ilə  və 3 oğlu arasında mübahisə yaşanılıb. Qızğın mübahisə nəticəsində ata  üç oğlunu bıçaqlayıb. Bıçaqlanan uşaqlardan ikisi hadisə yerindəcə həlak olub. Oğullarını bıcaqlayan ata Aslan  Güleryüz hadisə yerindən qaçıb. Digər yaralı oğlu isə ətrafdakıların köməyi ilə xəstəxanaya yerləşdirilib.

Məhkəmə Telman İsmayılovun şikayətini təmin etmədi

8 Avqust 2017 18:39

Moskvada Apellyasiya Məhkəməsi azərbaycanlı iş adamı, AST şirkətlər qrupunun təsisçisi Telman İsmayılovun birinci instansiya məhkəməsinin müflis olma barədə qərarından verdiyi apellyasiya şikayətini təmin etməyib.