Kriminal

Fransada azərbaycanlı qətlə yetirildi

8 Avqust 2017 18:17

Fransanın Lil şəhərinin yaxınlığında yerləşən Vilnev-d'Ask məntəqəsində azərbaycanlı Adil Rəsulovun qətlə yetirilməsində şübhəli bilinən 50 yaşlı kişi saxlanılıb. 43 yaşlı Adil Rəsulov boyun nahiyəsindən bıçaqlanıb.

MTN generallarının məhkəməsində Əhəd Abıyevin epizodu üzrə şahid dindirilib

8 Avqust 2017 17:54

Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, nazirliyin vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Binəqədidə ağır yol qəzası törədərək qaçan sürücü tutulub

8 Avqust 2017 17:36

Binəqədi rayonunun polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında deyilir.

Gəncədə oğurluqla məşğul olan dəstə zərəsizləşdirilib

8 Avqust 2017 16:09

Gəncədə oğurluqla məşğul olan dəstə igşa edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart ayından avqustun 5-dək olan müddətdə rayon ərazisində 9 həyətyanı sahədən ümumilikdə 37 ev quşu, ərzaq məhsulları və məişət əşyaları, 4 avtomobildən təkər və akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Elgün Mirmusayev, İlqar Məmmədov, Tural Vəlizadə və əvvəllər məhkum olunmuş Mehman Əliyev tutulublar.

Avtomobildən oğurluq edən ələ keçib

8 Avqust 2017 16:08

Nəsimi rayonunda törədilmiş oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 29-da rayon ərazisində “Toyota” markalı avtomobildən içərisində 1500 manat və sənəd olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Tural Mehdiyev tutulub.

Tərtər sakinindən zorla 45 manat alan tutulub

8 Avqust 2017 16:07

Avqustun 7-də Tərtər rayon sakini Vüqar Süleymanova qarşı zor tətbiq edilərək 45 manat pulu alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Anar İsmayılov tutulub. Araşdırma aparılır.

Rusiyada məhbus azərbaycanlılar tələblərini irəli sürdülər, həbsxanada üsyan qalxdı

8 Avqust 2017 15:48

Bu günlərdə Rusiyanın Xakasiya Respublikasında məhbəs həyatı yaşayan Azərbaycan vətəndaşları yenidən məhkəmə qarşısına çıxarılacaqlar. Onlar Tacikistan və Qırğızıstan vətəndaşları ilə birlikdə həbsxanada kütləvi qarışıqlıq və üsyan qaldırmaqda ittiham edilirlər. 2016-cı ilin yayında 35 saylı islah-əmək düşərgəsində cəzalarını çəkən Azərbaycan, Tacikistan və Qırğızıstan vətəndaşları kütləvi qarışıqlıq törədiblər. Rəsmi məlumata əsasən, onlar düşərgədəki rejimin yüngülləşdirilməsini tələb ediblər.

Akkumulyator oğuları ələ keçib

8 Avqust 2017 14:59

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin 3 avtomobildən akkumulyatorlar oğurladığı da müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Ramal Qəhrəmanovun ətrafında Qaradağ Rayon Polis İdarəsinin 38-ci polisbölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il iyulun 13-dən 30-dək olan müddətdə Sahil qəsəbəsi ərazisində “MAZ”, “MAN” və “KamAz” markalı 3 avtomobildən akkumulyatorlarını oğurlamaları da müəyyən edilib.

5 kq narkotik vasitə dövriyyədən çıxarılıb

8 Avqust 2017 14:37

Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, rayon ərazisindəki evlərdən birinin həyətində narkotik tərkibli bitki yetişdirilməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

Sumqayıtda qadını boğaraq öldürüblər

8 Avqust 2017 13:11

Daxili İşlər Nazirliyi Sumqayıtda törədilən qətllə bağlı məlumat yayıb. “Olaylar”ın nazirliyin mətbuat xidmətində istinadən verdiyi xəbərə görə, avqustun 7-də Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində şəhər sakini Sevda Bayramovanın meyiti tapılıb.

Sahibi bəlli olmayan “narkotik plantasiya” aşkarlanıb

7 Avqust 2017 17:07

Şəmkir rayonunun Qapanlı kəndi ərazisində naməlum şəxs tərəfindən aqrotexniki qaydada becərilən 53 ədəd çətənə kolu və 7 kiloqram 250 qram marixuana aşkar edilərək götürülüb.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qapanlı kəndi ərazisində naməlum şəxs tərəfindən aqrotexniki qaydada becərilən 53 ədəd çətənə kolu və 7 kiloqram 250 qram marixuana aşkar edilərək götürülüb.

Peşəkar oğru dəstəsi zərəsizləşdirilib

7 Avqust 2017 17:06

Ümulikdə 9 akkumulyator, 1 mağazadan isə tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Hökməli qəsəbə sakinləri tutulublar.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də rayon ərazisində “KamAz” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Hökməli qəsəbə sakinləri Yarəhməd Əkbərov, Sabir Soltanov, Elvin Əliyev və Elçin Novruzov tutulublar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların cari ilin aprel ayından indiyədək rayon ərazisində “KamAz” markalı 8 avtomobildən akkumulyator, 1 mağazadan isə tütün məmulatı və ərzaq məhsulları oğurlamaları da müəyyən edilib.

Avtomobil oğruları ələ keçdi

7 Avqust 2017 17:04

Avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyulun 30-da Mirzə Rzazadəyə məxsus “VAZ-21013” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini Rəşad Babayev və Göygöl rayon sakini olan bir yeniyetmə Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. R.Babayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun avqustun 4-də Hakim Məmmədova məxsus “VAZ-2101” markalı avtomobili qaçırması da müəyyən edilib. Avtomobil sahibinə qaytarılıb.

Evdən 5 min manatlıq qızıl oğurlayan ələ keçib

7 Avqust 2017 15:29

Şəmkirdə evdən 5 min manatlıq qızıl oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 4-də rayon ərazisindəki evlərdən birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən rayon sakini Telli Əliyeva saxlanılıb.

Akif Çovdarov və digərlərinin cinayət işi üzrə sənədlərin tədqiqi mərhələsi başa çatıb

7 Avqust 2017 14:53

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədiqiqi mərhələsi başa çatıb. Cinayət işində olan sənədlər hakim tərəfindən elan edilib. İclasda çıxış edən A. Çovdarov əmlakı barəsində geniş izahat verib. O bildirib ki, üzərinə həbs qoyulan əmlakın 99 faizi ona məxsus deyil. A. Çovdarov bir bağı və bir evinin olduğunu deyib, qohumların əmlakı üzərinə həbs qoyulduğunu bildirib.