Fransada azərbaycanlı qətlə yetirildi

Fransanın Lil şəhərinin yaxınlığında yerləşən Vilnev-d'Ask məntəqəsində azərbaycanlı Adil Rəsulovun qətlə yetirilməsində şübhəli bilinən 50 yaşlı kişi saxlanılıb. 43 yaşlı Adil Rəsulov boyun nahiyəsindən bıçaqlanıb.

Fransanın Lil şəhərinin yaxınlığında yerləşən Vilnev-dchr("39")Ask məntəqəsində azərbaycanlı Adil Rəsulovun qətlə yetirilməsində şübhəli bilinən 50 yaşlı kişi saxlanılıb. 43 yaşlı Adil Rəsulov boyun nahiyəsindən bıçaqlanıb. Hadisə Fransanın şimal-şərqindəki Lüksey-Lü-Ben şəhərində ötən cümə günü baş verib. Azərbaycanlının restoranda işlədiyi bildirilir. O, xəstəxanaya aparılarkən dünyasını dəyişib. Bəzi mənbələrə görə, qətlə səbəb ödənilməmiş borc olub. Daha öncə Adil Rəsulovun türkiyəlilər tərəfindən öldürüldüyü iddia edilirdi. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31