Sumqayıtda qadını boğaraq öldürüblər

Daxili İşlər Nazirliyi Sumqayıtda törədilən qətllə bağlı məlumat yayıb. “Olaylar”ın nazirliyin mətbuat xidmətində istinadən verdiyi xəbərə görə, avqustun 7-də Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində şəhər sakini Sevda Bayramovanın meyiti tapılıb.

Daxili İşlər Nazirliyi Sumqayıtda törədilən qətllə bağlı məlumat yayıb. "Olaylar"ın nazirliyin mətbuat xidmətində istinadən verdiyi xəbərə görə, avqustun 7-də Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində şəhər sakini Sevda Bayramovanın meyiti tapılıb. Sumqayıt şəhər Prokurorluğu və Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadının şəhər sakini Fəttah Nuriyev tərəfindən boğularaq öldürülməsi müəyyən edilib. Görülən tədbirlər nəticəsində F. Nuriyev tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31