“Şər ruhu qovmaq“ istəyən qadın 5 yaşlı oğlunu boğub

Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı övladını boğaraq öldürməkdə ittiham olunan 35 yaşlı Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesə hakim Novruz Kərimov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı avqustun 21-nə təyin edilib.

Qeyd edək ki, dəhşətli qətli törədən Nazilə Qulubəyova Bakıdakı dini təriqətlərdən birinin üzvü olub. O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib. Hadisə paytaxtın Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 15 ünvanındakı mənzillərindən birində baş verib. Balaca Fərid Quluzadənin meyiti mənzildə aşkar olunub. Uşağı xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü bildirilib. N.Qulubəyova "pis ruhları çıxarmaq" üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə, azyaşlı ölüb. İlkin dindirilmə zamanı qadın oğlunun bədənindən "şər ruhu" qovmaq üçün əski ilə boğduğunu etiraf edib. N.Qulubəyova "Üzüm sahəsi və İsa peyğəmbər" sektasının üzvü olub. Bu sektanın üzvləri qırmızı rəngli meyvələrin şirəsini İsa peyğəmbərin qanı ilə assosiasiya edərək içirlər. Bu, Azərbaycanda yeni sektadır və "Yəhova şahidləri"nə aidiyyəti yoxdur. Sekta və onun rəhbəri üzvlərin pulu hesabına fəaliyyət göstərir. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31