Qohumunun evindən 31 min manatlıq qızıl oğurlayan polisi aldatmaq istədi

Bakıda qohumunun evindən 31 min manatlıq qızıl oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 21-də Bakı şəhər sakini Bayram Mövludov Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə zəng edib rayonun S.Bəhlulzadə küçəsindəki evdə olarkən oraya gəlmiş 2 nəfər naməlum şəxs tərəfindən döyülməsini və 20 000 manat dəyərində qızıl əşyaların aparılması barədə məlumat verib.

Bakıda qohumunun evindən 31 min manatlıq qızıl oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, avqustun 21-də Bakı şəhər sakini Bayram Mövludov Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə zəng edib rayonun S.Bəhlulzadə küçəsindəki evdə olarkən oraya gəlmiş 2 nəfər naməlum şəxs tərəfindən döyülməsini və 20 000 manat dəyərində qızıl əşyaların aparılması barədə məlumat verib. Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə qeyd edilən evin B.Mövludovun qohumuna məxsus olması, cari ilin 6 ayı ərzində Bayramın həmin evdən qızıl əşyalar oğurlayıb qızıl mağazasına sataraq 31305 manat pul əldə etməsi və törətdiyi hadisəni gizlətmək üçün polisə yalan məlumat verməsi müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə B.Mövludov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31