Silsilə oğurluq edən şəxs saxlanıb

Sumqayıt şəhəri ərazisindəki kondisionerlərin təmiri sexlərinin birindən oğurluq etməkdə şübhəli bilinən şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də şəhər ərazisindəki kondisionerlərin təmiri sexlərinin birindən 2 ədəd kondisioner və ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Əşrəf Qəniyev tutulub.

Sumqayıt şəhəri ərazisindəki kondisionerlərin təmiri sexlərinin birindən oğurluq etməkdə şübhəli bilinən şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də şəhər ərazisindəki kondisionerlərin təmiri sexlərinin birindən 2 ədəd kondisioner və ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Əşrəf Qəniyev tutulub. Ətrafında aparılan tədbirlərlə onun ötən il dekabrın 11-dən cari il avqustun 9-dək olan müddətdə şəhər ərazisində "Topaz" mərc oyunları məntəqəsindən, 2 avtomobildən, 1 evin yardımçı təsərrüfatından və 8 evdən pul, qızıl və məişət əşyaları, velosiped, akkumulyator, maqnitafon və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31