Bayram Kürdəxanılı vəfat etdi
Tanınmış meyxana ustası Bayram Kürdəxanılı kimi tanınan Bayramqulu Quliyev ötən gecə Kürdəxanı ərazisində avtomobil vurub. "Olaylar" bildiriir ki, toy mərasimindən evinə dönən Bayram Kürdəxanlı yolu keçmək istərkən, Emin Fərhadov tərəfindən idarə olunan "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Hadisəni törətmiş şəxs onu 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və yaralıya ilk tibbi yardım göstərilib. Ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alan meyxana ustasının həyatını xilas eləmək mümükün olmayıb.
23 Avqust 2017 06:48 MədəniyyətTanınmış meyxana ustası Bayram Kürdəxanılı kimi tanınan Bayramqulu Quliyev ötən gecə Kürdəxanı ərazisində avtomobil vurub. "Olaylar" bildiriir ki, toy mərasimindən evinə dönən Bayram Kürdəxanlı yolu keçmək istərkən, Emin Fərhadov tərəfindən idarə olunan "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Hadisəni törətmiş şəxs onu 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və yaralıya ilk tibbi yardım göstərilib. Ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alan meyxana ustasının həyatını xilas eləmək mümükün olmayıb.
Meyxanaçının sənət yoldaşı və dostu, meyxana ustası Ağamirzə Məmmədov bildirib ki, Bayram Kürdəxanılı yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən avtomobil tərəfindən vurulub.
Sürücü E.Fərhadov saxlanılıb, onun barəsində cinayət işi başlanılıb.