Kriminal
Cinayətdə ittiham edilən 4 uşaq anasından etiraf: "Professorun evində..."
Bakı Dövlət Universitetinin (BDU) professorunun evindən oğurluq etməkdə ittiham edilən 4 uşaq anası 1989-cu il təvəllüdlü Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sevgilisini boğaraq öldürdü
Paytaxt Bakıda qətl hadisəsi baş verib. Məlumata görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Adil Əlibabayev küçəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 1968-ci il təvəllüdlü Fərhad Cənnət oğlu Şaqaliyev aralarında yaranmış mübahisə zəminində, qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Gülnarə Xanış qızı Sadıqovanı döyüb və sonunda ayağını onun boğazına dirəyərək boğub. Nəticədə qadın boğularaq ölüb. F.Şaqaliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Şirniyyat fabrikində FACİƏ: 2 uşaq anası karamel qazanında can verdi - VIDEO - FOTO
Rusiyada məşhur azərbaycanlı biznesmen güllələndi - FOTO
Tanınmış kəşfiyyatçı faciəvi şəkildə öldü Bakıda
Bakıda ölüm hadisəsi baş verib. Hadisə Səbail rayonu, “Oksford” məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binada qeydə alınıb. Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil, 1957-ci il təvəllüdlü Hüseynov Əlihüseyn Ələsgər oğlu binanın üstündən yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib.
Silahı polisə könüllü olaraq təhvil verib
Paytaxt sakinləri tapdıqları odlu silahı polisə təvvil veriblər. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı şəhər sakini Mahir İsgəndərov tapdığı “Naqan” markalı tapançanı və 2 ədəd 7,62 çaplı patronu könüllü olaraq təhvil verib. Həmçinin aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Mahir İsgəndərov Yasamal rayonu ərazisindəki qəbristanlıqdan tapdığı “Naqan” markalı tapançanı və 2 ədəd 7,62 çaplı patronu könüllü olaraq 28-ci PB-yə təhvil verib.
Evdən pul aparan tutulub
Beyləqanda oğurluq hadisəsinin üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 18-də rayonun Şərq qəsəbəsindəki evlərin birindən 4000 manat pul və danışıq kartları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Şəmsi Əbilov tutulub. Araşdırma aparılır.
Avtomobildən telefon aparan yaxalanıb
Avtomobildən oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, sentyabrın 27-də Yasamal rayonu ərazisində 1 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Məhəmməd Hüseynzadə Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırma aparılır.
Evdən 1600 manat aparan saxlanıb
1600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il avqustun 24-də rayon ərazisindəki evlərin birindən 1600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Asif Ərzanalıyev tutulub.
Bakıda qaçırılan avtomobil Salyanda tapıldı
Avtomobil qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 18-nə keçən gecə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindən qəsəbə sakini Cavad Əhmədova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.
Oğurluq və dələduzluqla məşğul olan şəxs ələ keçib
Oğurluqda və dələduzluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bolməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 21-dən oktyabrın 20-dək olan müddətdə şəhər ərazisində 3 avtomobildən, 2 mağazadan, 2 evdən akkumulyator, pul, geyim əşyaları, ərzaq məhsulları, tütün məmulatı, spirtli içki, su mühərriki və velosiped oğurlamaqda, habelə 2 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən şəhər sakini, Vasif Abbasov tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Azərbaycanlı kriminal avtoritet saxlanıldı - Xüsusi əməliyyat - VİDEO
Tiflisdə keçirilən xüsusi əməliyyat nəticəsində fırıldaqçılıqda ittiham olunan azərbaycanlı kriminal avtoritet saxlanılıb. Saxlanılan avtoritet Gəncə şəhərindəndir. DİN əməkdaşları avtoriteti ötən gün yaxalasalar da, hadisə barədə bu gün məlumat yayılıb. Məlum olub ki, saxlanılan azərbaycanlı Elçin gürcü "həmkarı" ilə birgə B.M adlı şəxsi ölümlə hədələyərək ondan 2 min dollar istəyiblər. Hüquq-mühafizə orqanları həmin şəxsləri qurbanın tələb olunan pulu verməsindən əvvəl ələ keçirə biliblər.
Gömrükçüləri aldatmaq cəhdi baş tutmayıb
Gömrükdə metadon məhlulunu içməli su kimi təqdim etmək istəyən Azərbaycana gələn İran vətəndaşı saxlanılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının gödəkçəsinə baxış zamanı gödəkçənin cibindəki 0,5 litrlik plastik qabın üzərində "AkharStar natural mineral water" yazısı olduğu halda, qabın içərisində 500 ml həcmində metadon məhlulu aşkar olunub.
"Çudo Peçka”nın 27 əməkdaşı istintaqda dindirilib
"Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. İş üzrə "Çudo Peçka” və “ÇP Aqro” MMC-nin 27 əməkdaşı dindirilib. Onlar adlarına götürülmüş kreditlə bağlı ifadə veriblər.
İnzibati binadan kompüter oğurlayan saxlanıb
Kompyuter və printer oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 14-də Suraxanı rayonundakı inzibati binalardan birindən kompyuter və printer oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Rəhimov tutulub.














