Rusiyada məşhur azərbaycanlı biznesmen güllələndi - FOTO
25 Oktyabr 2017 10:30 KriminalRusiyanın Saratov vilayətinin "Lenin" rayonunda qətl hadisəsi baş verib.
Saratovun Region-64 kanalına istinadən xəbər verir ki, Zooloji küçəsində ev 37-nin ətrafında tikinti şirkətinin baş direktoru, iş adamı Ceyhun Cəfərov öldürülüb.
Hadisə şahidlərinin bildirdiyinə görə, killer Ceyhun Cəfərovun ürəyindən atəş açıb. Biznesmen Lexus avtomobili ilə öz evinin qarajına yaxınlaşarkən, orada onu artıq cinayətkar gözləyirdi. Qeyd edək ki, cinayətkar hadisə yerindən qaça bilib.
Yerli sakinlərin məlumatına görə, hadisə yerində hazırda polis işləyir. Fövqəladə hadisənin təfərrüatları aydınlaşdırılır. Publika.az

.jpg)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31