Kriminal

Azərbaycanlı kriminal avtoritet saxlanıldı - Xüsusi əməliyyat - VİDEO

24 Oktyabr 2017 12:50

Tiflisdə keçirilən xüsusi əməliyyat nəticəsində fırıldaqçılıqda ittiham olunan azərbaycanlı kriminal avtoritet saxlanılıb. Saxlanılan avtoritet Gəncə şəhərindəndir.  DİN əməkdaşları avtoriteti ötən gün yaxalasalar da, hadisə barədə bu gün məlumat yayılıb.  Məlum olub ki, saxlanılan azərbaycanlı Elçin gürcü "həmkarı" ilə birgə B.M adlı şəxsi ölümlə hədələyərək ondan 2 min dollar istəyiblər. Hüquq-mühafizə orqanları həmin şəxsləri qurbanın tələb olunan pulu verməsindən əvvəl ələ keçirə biliblər. 

Gömrükçüləri aldatmaq cəhdi baş tutmayıb

24 Oktyabr 2017 12:34

Gömrükdə metadon məhlulunu içməli su kimi təqdim etmək istəyən Azərbaycana gələn İran vətəndaşı saxlanılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının gödəkçəsinə baxış zamanı gödəkçənin cibindəki 0,5 litrlik plastik qabın üzərində "AkharStar natural mineral water" yazısı olduğu halda, qabın içərisində 500 ml həcmində metadon məhlulu aşkar olunub.

"Çudo Peçka”nın 27 əməkdaşı istintaqda dindirilib

23 Oktyabr 2017 18:27

"Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. İş üzrə "Çudo Peçka” və “ÇP Aqro” MMC-nin 27 əməkdaşı dindirilib. Onlar adlarına götürülmüş kreditlə bağlı ifadə veriblər.

İnzibati binadan kompüter oğurlayan saxlanıb

23 Oktyabr 2017 17:03

Kompyuter və printer oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 14-də Suraxanı rayonundakı inzibati binalardan birindən kompyuter və printer oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Rəhimov tutulub.

Bərbərxanada qətl törədilib

23 Oktyabr 2017 17:00

Mingəçevir şəhərində qətl hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 22-də Mingəçevir şəhərində şəhər sakini Pərviz Axundovun işlədiyi bərbərxanada həmyerlisi Eldar Abbasovla aralarında münaqişə baş verib və bu zaman sonuncu bıçaqla ona xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən P.Axundov orada ölüb. Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Abbasov şübhəli şəxs qismində tutulub.

Oyun aparatı oğurlayanların qolları qandallandı

23 Oktyabr 2017 16:58

Paaytaxtda oyun aparatı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıb. DİN-dən “Olaylar”a veriln məlumata görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 21-də rayon ərazisindəki internet klublardan birindən 3 ədəd oyun aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Asif Niyazov və Məhəmməd Hüseynzadə tutulublar. M.Hüseynzadənin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 19-da “İsuzu” markalı avtomobildən ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

Akkumlyator oğruları ələ keçiblər

23 Oktyabr 2017 16:53

Avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 3-dən 21-dək olan müddətdə rayon ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Arif Orucov və əvvəllər məhkum olunmuş Anar Abdullayev tutulublar.

Ağdam sakininin evində silah aşkar edilib

23 Oktyabr 2017 16:52

Ağdam rayon sakinin evində odlu silah aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam rayon sakini Dəyanət Əhmədovun paytaxtın Sabunçu rayonu Ləhiş bağlar sahəsində yaşadığı evə baxış zamanı oradan 1 ədəd “Makarov” markalı tapança, 14 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.

Bakıda tikinti şirkətinə qarşı 5 milyon manatlıq məhkəmə iddiası qaldırıldı

23 Oktyabr 2017 16:38

"The Baku Group Ltd" MMC "İdeal-İ İnşaat" MMC-ni məhkəməyə verib.  2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "The Baku Group Ltd" MMC podrat müqaviləsinin ləğv edilməsi, sənədlərin əslinin və binaların idarəçiliyinin təhvil verilməsi barədə tələb irəli sürüb.

Oğru “iş başında” saxlanıb

23 Oktyabr 2017 13:07

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunaraq qorunan marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, obyektin pəncərəsinin qırıldığını və marketdə naməlum şəxsin olduğunu aşkar ediblər. Mühafizə polisinin gəldiyini görən həmin şəxs müqavimət göstərərk hadisə yerindən qaçmağa cəhd göstərib.

Kafedə kişi üstündə qadınlar arasında dava: yaralanan var - Bakıda

23 Oktyabr 2017 09:40

Bakının Sabunçu rayonundakı kafelərdən birində qadınlar arasında əlbəyaxa dava olub. Hadisə Ramana qəsəbəsinin "Südçülük sovxozu" kimi tanınan ərazisindəki müəssisədə baş verib. Belə ki, 35 yaşlı Novruzova Gülarə Səfi qızı qeyri-rəsmi nikahda yaşadığı şəxslə kafedə olarkən, digər masada əyləşən qadınlardan biri onun yanındakı şəxslə ünsiyyət qurmaq istəyib.

Cəlilabdlı oğlanda Bakıda 16 yaşlı sevgilisinə qarşı İYRƏNC ƏMƏL: aldatdı, zorladı, sonra...

21 Oktyabr 2017 15:13

 Xırdalan şəhərində sevgilisinə təcavüz etməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Pərvin Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Publika.az xəbər verir ki, Pərvin Cəbrayılov Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olub. Amma faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda kirayədə yaşayıb, paytaxtda fəhləliklə məşğul olub.

Restoranda bıçaqlanma - Gənc oğlanın dili batdı

21 Oktyabr 2017 09:48

Bakıdakı restoranlardan birində iki nəfərin mübahisəsi bıçaqlanma ilə nəticələnib. Salyan yolu, 62 ünvanında yerləşən “Qurman” restoranında 1992-ci il təvəllüdlü Elvin Mirzəyev tanımadığı bir nəfərlə mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman naməlum şəxs Elvin Mirzəyevə çoxsaylı bıçaq zərbələri vurub və hadisə yerindən qaçıb.