Soyğunçular vətəndaşın pulunu və gödəkçəsini alıblar

Soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakilri tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 25-də saat 1 radələrində Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Kürdəmir rayon sakini Elçin Eyyubova zor tətbiq edərək cibində 270 manat olan gödəkçəsini ondan alıblar.

Soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakilri tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, oktyabrın 25-də saat 1 radələrində Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Kürdəmir rayon sakini Elçin Eyyubova zor tətbiq edərək cibində 270 manat olan gödəkçəsini ondan alıblar. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Süleymanov və Bərdə rayon sakini Seymur İsgəndərov tutulublar.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31