Kriminal

"Qanuni oğrular" "Lotu Quli" ilə görüşdə - FOTO

27 Oktyabr 2017 09:12

İki gün öncə azadlığa çıxaraq Türkiyəyə yerləşən “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) yaxın dostlarının əhatəsində olduğu bildirilir. İstanbula yerləşən kriminal avtoritetə ona yaxınlığı ilə seçilən “qanuni oğru”lar baş çəkiblər.  Məlumatda qeyd edilir ki, Nadir Səlifovla görüşə gələn “qanuni oğru”lardan biri Türkiyədə məskunlaşan həmyerlimiz Rafət Əlibayramlinski, digəri isə Avstriyada yaşayan rusiyalı Saşa Kuşner olub.

Qaçan məhbuslardan biri tutuldu

26 Oktyabr 2017 17:53

Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarının xüsusi təyinatlı vaqonunda paytaxta gətirilərkən qaçan məhbuslardan biri tutulub. Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Masallıda evlərə qənim kəsimiş dəstə zərəsizləşdirilib

26 Oktyabr 2017 17:08

Masallı şəhərində yaşayan bir qadın rayon Polis Şöbəsinə evindən oğurluq olması barədə müraciət edib. O, ərizəsində sentyabrın 29-da evindən 3000 manat dəyərində 3 ədəd televizorun və digər məişət əşyalarının oğurlandığını bildirib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən xəbərə görə, həmin gün Polis Şöbəsinə eyni məzmunlu digər bir müraciət də daxil olub.

Xırdalanda atışma olub? – Hüquq-mühafizə orqanları AYDINLIQ GƏTİRDİ

26 Oktyabr 2017 16:50

Oktyabrın 25-də Abşeron rayonun Xırdalan şəhərində atışma olduğuna dair məlumat yayılıb. Bildirilib ki, Quşçuluq massivində iki nəfər şübhəli şəxs saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib. Hətta onların hər ikisinin zərərsizləşdirildiyi bildirilib, bəzi KİV-lər isə daha da irəli gedərək, öldürülənlərin qaçan məhbuslar olduğunu iddia edib.

Gəncədəki atışma ilə bağlı DİN-nən açıqlama

26 Oktyabr 2017 16:47

Gəncədə kriminal aləmə yaxın şəxslərin atışması ilə bağlı rəsmi açıqlama verilib.  DİN xəbər verir ki, oktyabrın 25-də saat 22 radələrində Gəncə şəhərindəki çay evlərindən birində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Qurban Qurbanov və Tural Əliyevlə həmyerliləri, əvvəllər məhkum olunmuşlar Edqar Nəsirov və Namiq Kərimov arasında mübahisə baş verib. Bu zaman E.Nəsirov tapançadan Q.Qurbanova atəş açmaq istədiyindən sonuncu ona bıçaqla xəsarət yetirib, habelə N.Kərimov tüfəngdən bir dəfə atəş açıb, xəsarət alan olmayıb.

Bir gündə 4 qəzada 3 nəfər ölüb

26 Oktyabr 2017 16:11

Ötən gün respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, qəzalarda 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Akkumlyaor oğrusu saxlanıb

26 Oktyabr 2017 16:10

Avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Cəlilabad sakini Ruslan Əhmədov tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 22-də Cəlilabad rayonu ərazisində “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Sərhədabad kənd sakini Ruslan Əhmədov RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

Keçmiş məhkum oğurluğa görə tutuldu

26 Oktyabr 2017 16:09

Sumqayıtda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust və oktyabr ayları ərzində şəhər ərazisində 1 nəfərin velosipedini və bir nəfərin 70 manat pulunu dələduzluq yolu ilə almaqda, habelə 1 evdən, 1 avtomobildən və 1 çantadan pul, sənəd və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ümidvar Rzayev tutulub. Araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.

Prokuror tanınmış alimin oğluna 11 il iş istədi

26 Oktyabr 2017 16:07

Oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Olaylar”ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib. O, E. Quliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. E. Quliyevin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib. Proses oktyabrın 30-da davam etdiriləcək.

Quldurluqla məşğul olan şəxs tutulub

26 Oktyabr 2017 16:02

Quldurluqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 6-da paytaxt sakini Fərid Zahirovun pulunu və içərisində ərzaq məhsulları olan çantasını quldurluq yolu ilə almaqda şübhəli bilinən Yaşar Musayev tutulub.

Soyğunçular vətəndaşın pulunu və gödəkçəsini alıblar

26 Oktyabr 2017 16:01

Soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakilri tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 25-də saat 1 radələrində Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Kürdəmir rayon sakini Elçin Eyyubova zor tətbiq edərək cibində 270 manat olan gödəkçəsini ondan alıblar.

İsmayıllıda “marixuana” əməliyyatı keçirilib

26 Oktyabr 2017 16:00

İsmayıllı şəhər sakinində narkotik vasitə aşkarlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 25-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib və nəticədə 2 kiloqrama yaxın narkotik vasitə götürülüb.

Eyni mənzili 3-4 nəfərə satan vəzifəli şəxslər HAKİM QARŞISINDA

26 Oktyabr 2017 14:01

"İdeal-V" tikinti şirkətinin vəzifəli şəxsləri - İsa Məmmədov və Çingiz Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, iş üzrə  16 nəfər zərərçəkən şəxs var.