Təqsirləndirilən şəxslərdən biri vərəmə yoluxduğu üçün proses təxirə salınıb

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Aygün Bəylərin qətldə təqsirləndirilən qardaşı Abbas Hümbətovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Aygün Bəylərin qətldə təqsirləndirilən qardaşı Abbas Hümbətovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata görə, prosesə sədrlik edən hakim Cavid Hüseynov bildirib ki, Penitensiar Xidmətin Tibb Mərkəzindən yenə də təqsirləndirilən Fuad Məmmədzadə barəsində məlumat daxil olub: "Ona ağciyərin vərəmi diaqnozu qoyulub. Təklif olunur ki, ona yenə də tibb mərkəzində baxılsın. Ancaq biz, bunu qeyri-məqbul hesab edirik. Çünki hazırda məhkəmə prosesi gedir". Hakim deyib ki, əgər növbəti prosesə F. Məmmədzadə gəlməsə, bu məsələ müzakirəyə çıxarılacaq. Buna görə məhkəmə prosesi noyabrın 3-dək təxirə salınıb.

Daxili İşlər Nazirliyinin 2016-cı il avqustun 29-da yaydığı məlumatda bildirilir ki, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümbətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilərək basdırılması müəyyənləşdirilib. E. Hümbətovun meyiti eksqumasiya edilib. İstintaq orqanı tərəfindən Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil Əsirov və qardaşı Elnurun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi açılıb. Cinayət hadisəsini törətməkdə təqsirləndirilən şəxslərdən Abbas Hümbətov müğənni Aygün Bəylərin qardaşı, qətlə yetirilən Elnur Hümbətov isə əmisi nəvəsidir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31