Kriminal

Avtomobil oğruları saxlanıb

27 Oktyabr 2017 16:16

Avtomobil qaçırmaqda şübhəli bilinın şəxslər saxlanıb. DİN-dən “Olaylar”a verilən mlumata görə, avtomobil qaçırmaqda şübhəli bilindiyinə görə Ağarza Bağırov və Qədir Nuriyev adlı şəxslərtutulub. Ətraflarında Suraxanı RPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların oktyabrın 4-də daha bir avtomobili qaçırmaları da müəyyən edilib. Qaçırılmış avtomobil Füzuli rayonu ərazisində tapılıb.

Satıcı işlədiyi mağazadan oğurluq etdi

27 Oktyabr 2017 16:13

Mağazaların birindən mobil telefon aksesuarları oğurlamaqda şübhəli bilinən paytaxt sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Azadlıq prospektindəki mağazaların birindən 30.000 manat dəyərində mobil telefon aksesuarları oğurlamaqda şübhəli bilinən Eşqin Nəbiyev saxlanılıb. Araşdırma zamanı E.Nəbiyevin həmin mağazada satıcı işlədiyi müəyyən edilib.

Metroda cibgirlik edən keçmiş məhkumlar saxlanıb

27 Oktyabr 2017 16:10

Mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı ŞBPİ Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də metronun “28 May” stansiyasının platformasında Masallı rayon sakini Aynur Həmidovanın mobil telefonunu cibindən oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Anar Məsiyev və Şəki rayon sakini Vüqar Balacazadə tutulublar.

Abşeronda oğurluğun üstü açılıb

27 Oktyabr 2017 16:09

Abşeron rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluqda şübhəli bilinən şəxslər saxlanıb. Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisindəki evlərin birindən 62000 avro oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fuad Zeynalov tutulub, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib. Əməıliyyat-axtarış tədbirləri davam etdirilir. 

Oğru qardaşlar ələ keçdilər

27 Oktyabr 2017 16:04

Oğurluqda şübhəli bilinən qardaşlar tutulublar. DİN-dən “Olaylar”a verilən mlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-dən 25-dək olan müddətdə rayon ərazisində 4 avtomobildən səsgücləndirici və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nəcəf Hüseynov, Kərbəlayi Qasım Novruzov və qardaşı Elvin tutulublar. Faktla bağlı araşdırma aparılır.

Evdən oğurluq edən qohumlar saxladı

27 Oktyabr 2017 14:24

Neftçala rayonunun Qaraqaşlı kənd sakini olan bir qadın oktyabrın 25-də Rayon Polis Şöbəsinə müraciət edərək bir gün əvvəl evindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının və 80 manat pulunun oğurlandığını bildirib. DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəlilər müəyyən edilib, rayon sakinləri Murad Eyvazov və əmisi oğlu Camal saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

40 qəpiyə görə tanışını bıçaqladı, 8 il iş aldı

27 Oktyabr 2017 14:23

Oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə tanışını bıçaqlamaqda təqsirləndirilən Elşən Bəndəliyevin cinayət işi üzə məhkəmə iclası başa çatıb. “Olaylar” xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Bacısının ərinə aşiq olan qadından ona qarşı vəhşilik

27 Oktyabr 2017 13:19

Yeznəsinə aşiq olan qadın bacısını öldürüb. Dayə işləyən qadın bacısının boğazını və əlini kəsib öldürdüyünə görə ömürlük həbs cəzası alıb. İngiltərənin Bedfordşir qraflığında yaşayan Pakistan əsilli Sabah Xan adlı 27 yaşlı qadın bacısının əriHefeez Rehman-a aşiq olub. Onlar bir neçə dəfə cinsi əlaqədə olublar. Bir müddət sonra Rehmanın ona qarşı diqqəti azalıb. Bundan qıcıqlanan qadın Rehmanı bacısına qısqanıb. O, Rehmanı bacısının əlindən almaq istəyib.

Təqsirləndirilən şəxslərdən biri vərəmə yoluxduğu üçün proses təxirə salınıb

27 Oktyabr 2017 12:40

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Aygün Bəylərin qətldə təqsirləndirilən qardaşı Abbas Hümbətovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İran vətəndaşı külli miqdarda narkotiklə tutuldu

27 Oktyabr 2017 12:26

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməliyyat tədbiri həyata keçirilib və nəticədə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. DİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Cəlilabad rayonunun Şiləvəngə kəndi ərazisində əlində idman çantası olan şəxs saxlanılıb.

Bardakı qızı evinə gətirdi, 2 dostu ilə birgə yeyib-içdilər, sonra... - Ruslardan Bakıda DƏHŞƏTLİ ƏMƏL

27 Oktyabr 2017 12:07

Bakıda barda tanış olduğu qadını öldürməkdə ittiham olunan 43 yaşlı Sergey Vorobyovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs və şahidlər ifadə verib.

Sərnişin avtobusunun sürücüsü döyüldü - Bakıda

27 Oktyabr 2017 09:32

Bakıda sərnişin avtobusunun sürücüsü döyülüb. Hadisə metronun Koroğlu stansiyası yaxınlığında baş verib. 70 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1965-ci il təvəllüdlü Nağıyev Məhəmməd Cahangir oğlu dayanacaqda mübahisə edib.