Metroda cibgirlik edən keçmiş məhkumlar saxlanıb
Mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı ŞBPİ Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də metronun “28 May” stansiyasının platformasında Masallı rayon sakini Aynur Həmidovanın mobil telefonunu cibindən oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Anar Məsiyev və Şəki rayon sakini Vüqar Balacazadə tutulublar.
27 Oktyabr 2017 16:10 KriminalMobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Bakı ŞBPİ Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də metronun "28 May" stansiyasının platformasında Masallı rayon sakini Aynur Həmidovanın mobil telefonunu cibindən oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Anar Məsiyev və Şəki rayon sakini Vüqar Balacazadə tutulublar. İlkin araşdırma zamanı saxlanılan şəxslərin hər ikisinin əvvəllər məhkum olunduğu müəyyən edilib.