Kriminal

Xızıda qardaş-qardaşı güllələyib

30 Oktyabr 2017 16:16

Oktyabrın 29-da Xızı rayonunun Yarımca kəndi ərazisində Bakı şəhər sakinləri Şirxan Məhərrəmovla qardaşı Səməd arasında onlara məxsus əkin sahəsində münaqişə baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, bu zaman Şirxan tüfəngdən açdığı atəşlə Səmədi qətlə yetirib və bu barədə polisə məlumat verib. Ş.Məhərrəmov Xızı RPŞ-nin əməkdaşları tərəfindən tutulub və ondan hadisə törədilərkən istifadə edilən müvafiq sənədləri olmayan 16 kalibrli tüfəng götürülüb.

Qonağı qətlə yetirən uzaq gedə biməyib

30 Oktyabr 2017 16:15

Xudat şəhərində münaqişə zəminində qətl törədilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 28-də Xaçmaz rayonunun Xudat şəhərində rayon sakini Bəxtiyar Çobanov evində münaqişə zəminində qonağı olan həmyerlisi Hikmət Babayevi küt və kəsici alətlə qətlə yetirərək hadisə yerini tərk edib. Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Çobanov tutulub.

Avtomobil oğrusu ifşa edilib

30 Oktyabr 2017 16:13

Avtomobildən akkumulyator və maqnitofon oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 27-də və 28-də rayon ərazisində 2 avtomobildən akkumulyator və maqnitofon oğurlamaqda şübhəli bilinən Böyük Əmilli kənd sakini Zahid Zahidli tutulub.

İnək oğrusunun qolları qandallanıb

30 Oktyabr 2017 16:10

İribuynuzlu mal oğurlamaqda şübhəli bilinən Lerik rayon sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 7-də Lerik rayonunun Ləkər kənd sakini Məhərrəməli Talıbova məxsus 1 baş və oktyabrın 24-də Qılqılov kənd sakini Hidayət Zahidova məxsus 2 baş inək otlaq sahəsindən oğurlanıb. Lerik RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Nazim Nəsirov tutulub.

Mobil telefon oğrusu saxlandı

30 Oktyabr 2017 16:09

Mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də şəhər ərazisində 1 qadının cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini Vüqar İsmayılov tutulub. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olduğu müəyyən edilib.

Rusiyada azərbaycanlılar arasında atışma - Qıza görə

30 Oktyabr 2017 15:50

Leninqrad vilayətində gecə klublarından birində ötən gecə gənclər arasında atışma baş verib. Travmatik silahdan açılan atəşdən beş nəfər yaralanıb. Yaralıların hamısı azərbaycanlılardır. Onların arasında təhlükəsizlik xidmətinin 43 yaşlı əməkdaşı da olub. 

Özündən 23 yaş kiçik sevgilsini BIÇAQLADI – Bakıda

30 Oktyabr 2017 12:10

Bakıda sevgilisini öldürməyə cəhd etməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Cəbrayıl Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Cəbrayıl Mustafayev ali təhsillidir. O 2012-ci ildə qəsdən adam bıçaqlamaqda təqsirləndirilib və 3 il müddətə azadlıqdan məhrum edilib. 3 il cəzasını çəkdikdən sonra azadlığa çıxıb.

Sabah hökm oxunacaq

29 Oktyabr 2017 12:50

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinə elan olunacaq hökmün vaxtı məlum olub.

Lotu Quli ona uduzan kişinin arvadını qeyri-qanuni yolla içəri keçirib və dəfələrlə zorlayıb - ŞOK FAKTLAR

28 Oktyabr 2017 10:25

Azərbaycanda uzun müddət – deyilənə görə, 22 il – həbsxanada yatan və bu günlərdə azadlığa buraxılan, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınmış Nadir Səlifovun ətrafındakı adamlarına və qohumlarına da, necə deyərlər, həyat asan keçməyib. 1994-cü ildə həbs edilən Lotu Qulinin mühakimə olunduğu ilk qohumu – qardaşı Müşfiq olub. 2005-ci ildə həbsə alınan Müşfiq Səlifov Lotu Quli ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri qarşısında dayanıb.