Akif Çovdarov 12 il azadlıqdan məhrum edildi
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Məlumata görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarova hökm elan olunub.Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Səlim Məmmədov 11 il, Akif Əliyevin 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndərilməsi barədə də xüsusi qərar çıxarıb.
30 Oktyabr 2017 17:49 KriminalSabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Məlumata görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarova hökm elan olunub.Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Səlim Məmmədov 11 il, Akif Əliyevin 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndərilməsi barədə də xüsusi qərar çıxarıb.
Qeyd edək ki, prokuror təqsirləndirilən şəxslərdən Akif Çovdarovun 15 il, Səlim Məmmədovun 12 il, Akif Əliyevin 9 il, Orxan Osmanovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. A. Çovdarov da daxil olmaqla, təqsirləndirilən şəxslər son sözündə məhkəmədən barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.