Kriminal

Hacı Qalib Salahzadənin oğlunun məhkəməsi noyabrın 6-da baş tutacaq

31 Oktyabr 2017 11:46

Sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmənin başlanma vaxtı məlum olub. Məlumata görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası noyabrın 6-na təyin edilib.

İnterpolun axtardığı Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb

30 Oktyabr 2017 22:36

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Marneulidə saxlanılan 1990-cı il təvəllüdlü İ.M. adlı şəxsin avtomobilində “Kalaşnikov” avtomatı, 2 daraq və 50 patron aşkarlanıb. Saxlanılan şəxsin 2014-cü ildən İnterpolun “qırmızı xətti” ilə axtarışda olduğu müəyyənləşib. O, qətl törətməkdə günahlandırılır.

Akif Çovdarov 12 il azadlıqdan məhrum edildi

30 Oktyabr 2017 17:49

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Məlumata görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarova hökm elan olunub.Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Səlim Məmmədov 11 il, Akif Əliyevin 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndərilməsi barədə də xüsusi qərar çıxarıb.

Fədayə Laçın avtoritetləri həbsdən necə qaçırıb? - ŞOK DETAL

30 Oktyabr 2017 17:18

Müğənni Fədayə Laçının həbsinin təfərrüatları məlum olub. Müğənni qaçan məhbuslardan "Qoca" ləqəbli Etibar Məmmədovun yanında olub. Belə ki, "Qoca" ləqəbli kriminal avtoritet oktyabrın 23-də qatardan qaçdıqdan sonra Ağstafaya gedib.

Baş Prokurorluq Fədayə Laçının həbsini təsdiqlədi

30 Oktyabr 2017 17:11

Müğənni Fədayə Laçının məhbusların qaçmasında təqsirli bilinərək saxlanılması rəsmi şəkildə təsdiqlənib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Avtomobildən 4400 manat aparan ələ keçib

30 Oktyabr 2017 16:18

Avtomobildən 4400 manat oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də rayon ərazisində “Nissan” markalı avtomobildən 4400 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əli İbrahimov tutulub.