Fədayə Laçın barədə ilginc məlumatlar üzə çıxıb
Oktyabrın 23-də həbsdən qaçan məhbuslara kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) məhkəmədə "Qoca" ləqəbli dustaq Etibar Məmmədovla sevgili olduğunu etiraf edib. Nəsimi Rayon Məhkəməsində, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda müğənni özünü təqsirli bilmədiyini söyləsə də, E.Məmmədovla bir neçə ildir sevgili olduğunu etiraf edib. Fədayə Laçın həmin şəxslə sonuncu dəfə iki ay əvvəl görüşdüyünü bildirib: "Etibarın qatardan qaçacağından xəbərim olmayıb. O, bu barədə mənə məlumat verməyib. Sonuncu dəfə onunla iki ay əvvəl görüşmüşəm".
31 Oktyabr 2017 16:47 KriminalSevgililəri görüşdürən rəis işdən azad edilib
Oktyabrın 23-də həbsdən qaçan məhbuslara kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) məhkəmədə "Qoca" ləqəbli dustaq Etibar Məmmədovla sevgili olduğunu etiraf edib. Nəsimi Rayon Məhkəməsində, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda müğənni özünü təqsirli bilmədiyini söyləsə də, E.Məmmədovla bir neçə ildir sevgili olduğunu etiraf edib. Fədayə Laçın həmin şəxslə sonuncu dəfə iki ay əvvəl görüşdüyünü bildirib: "Etibarın qatardan qaçacağından xəbərim olmayıb. O, bu barədə mənə məlumat verməyib. Sonuncu dəfə onunla iki ay əvvəl görüşmüşəm".
Bu arada "Qoca" ləqəbli avtoritet Etibar Məmmədovun həbsdən qaçmasında əli olduğu bildirilən müğənni Fədayə Laçınla bağlı maraqlı faktlar ortaya çıxıb. Məlumata görə, Fədayə Laçın Etibar Məmmədovla qaçmazdan öncə ATV-də yayımlanan "Nanəli" verilişinin çəkilişində olub. Bu zaman ona zəng gəlib. Təşvişə düşən müğənni çəkilişi yarımçıq saxlayaraq, studiyanı tərk etmək istəyib. Bu zaman aparıcı Nanə Ağamalıyeva ona iradını bildirib və müğənniyə sona qədər oturacağını deyib. Həyəcandan əl-ayağı titrəyən Fədayə təşvişə düşərək, ağlamağa başlayıb. "Mən təcili getməliyəm" deyən müğənniyə pavilyondan çıxmağa imkan verilmədiyindən, o, çəkilişin bitməsini gözləməyə məcbur olub. Çəkiliş bitən kimi bir küncə çəkilən Fədayə Laçın ara vermədən kimlərəsə zəng edərək, ağlaya-ağlaya danışıb. Görünür, elə verilişdən çıxan kimi də o, sevgilisinə köməyə gedib və gecə saatlarında Qazaxda həbs olunub.
Qeyd edək ki, məhbusların qaçmasına görə daha bir nəfər həbs edilib. Tutulan şəxs taksi sürücüsü Hacıyev Məhəmməd Famil oğludur. Nəsimi Rayon Məhkəməsində hakim Pərviz Hüseynovun sədrliyi ilə keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 304.2.1-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, iş üzrə daha bir nəfər - Günay Atakişiyeva barəsində də həbs qətimkan tədbiri seçilib. Taksi xidməti göstərən M. Hacıyev G. Atakişiyeva ilə birlikdə məhbus Etibar Məmmədovun qaçmasına yardım göstərməkdə təqsirli bilinir.
Faktla bağlı əlavə tutulanların olduğu da bildirilir. Belə ki, xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanova qarşı yeni ittiham irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 311.3.2 (Rüşvət alma, təkrar törədildikdə) maddəsi ilə də təqsirli bilinirlər. Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsi onları 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirli bilərək, barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Həbsdən qaçan məhbuslara kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və sevgilisi "Qoca" ləqəbli Etibar Məmmədovla bağlı daha bir detal ortaya çıxıb. Məlum olub ki, təxminən bir il əvvəl Şirvan Müvəqqəti Saxlanma Təcridxanasından Bakıya gətirilən Etibar Məmmədovla sevgilisi Fədayə Laçının yolüstü gizli görüşü təşkil edilib. Həmin görüş üçün avtoritetin istintaq təcridxanasının rəisinə 500 dollar ödədiyi bildirilir. Faktın üstü açıldıqdan bir neçə ay sonra Şirvan MST-nin rəisi Zöhrab Sarıyev işdən qovulub. Onu da bildirək ki, Məmmədova Fədayə Baris qızı oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Alim