Ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Benz 200” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı yanacaq çəninin içərisindən 77 qutu “Belomorkanal” markalı siqaretlər aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz 200" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı yanacaq çəninin içərisindən 77 qutu "Belomorkanal" markalı siqaretlər aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31