Kriminal
Generalın həbs edilən bacısı oğlunu Fədayə ilə nə bağlayır? – Sensasiya
Mobil telefon oğrusu ələ keçib
Mobil telefon oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də rayon ərazisindəki evlərin birindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini Ruslan Həsənli tutulub.
İnək oğrusu tutulub
İnək oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyunun 30-da paytaxt sakini Balabəy Əliyevə məxsus həyətyanı sahədən 2 baş inək oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini Rəşid Abbasov tutulub, 1 nəfər isə müəyyən edilib.
Ağcabədi sakinlərindən ov tüfəngi götürülüb
Ağcabədi rayon sakinlərində ov tüfəngi aşkarlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Laçın RPŞ-nin (Ağcabədi rayonu) əməkdaşları tərəfindən Ağcabədi rayon sakinləri Amil İmanovdan və Səxavət İmanovdan “İJ-16” və “İJ-20” markalı ov tüfəngləri götürülüb. Həmçinin Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 29 manat və “İJ-16” markalı ov tüfəngi oğurlamaqda şübhəli bilinən şəhər sakini Tural Quliyev tutulub.
Goranboyda dəhşətli qəza :ölən və yaralanan var
Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 30-da saat 8 radələrində Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində Bərdə şəhər sakinləri Etibar Eyvazovun idarə etdiyi “VAZ-2106” və Allahverdi Minazinin idarə etdiyi “Hovo” markalı avtomobillər toqquşub.
Dələduzun digər əməlləri ifşa olunub
Dələduzluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin digər əməlləri də ifşa edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, dələduzluq etməkdə şübhəli bilindiyinə görə tutulan Rövşən Vəliyevin ətrafında Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il iyulun 25-də rayon ərazisindəki evlərin birindən 30 manat və mobil telefon oğurlaması da müəyyən edilib.
Vidadi Zeynalovun şikayəti üzrə məhkəmədə prokuror çıxış üçün vaxt istəyib
Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə iclası davam etdirilib. Məlumata görə, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda Anar Mustafayevin vəkili Gülşən Salmanova çıxış edərək bəraət hökmünün çıxarılmasını istəyib. A. Mustafayev də vəkili ilə razı olduğunu deyib. Beytulla Hüseynovun vəkili isə onun əmlakları üzərindən həbsin götürülməsini xahiş edib.
MTN generalı Elçin Quliyevin məhkəməsinin vaxtı məlum olub
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə qeyri-müəyyən vaxtadək təxirə salınmış məhkəmə prosesi vaxtı müəyyənləşib.
Ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb
Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Benz 200” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı yanacaq çəninin içərisindən 77 qutu “Belomorkanal” markalı siqaretlər aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Fədayə Laçın barədə ilginc məlumatlar üzə çıxıb
Oktyabrın 23-də həbsdən qaçan məhbuslara kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) məhkəmədə "Qoca" ləqəbli dustaq Etibar Məmmədovla sevgili olduğunu etiraf edib. Nəsimi Rayon Məhkəməsində, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda müğənni özünü təqsirli bilmədiyini söyləsə də, E.Məmmədovla bir neçə ildir sevgili olduğunu etiraf edib. Fədayə Laçın həmin şəxslə sonuncu dəfə iki ay əvvəl görüşdüyünü bildirib: "Etibarın qatardan qaçacağından xəbərim olmayıb. O, bu barədə mənə məlumat verməyib. Sonuncu dəfə onunla iki ay əvvəl görüşmüşəm".
Məhbusların qaçmasına yardım edən taksi sürücüsü həbs olunub
Məhbusların qaçmasına görə daha bir nəfər həbs edilib. Tutulan şəxs Hacıyev Məhəmməd Famil oğludur. Nəsimi Rayon Məhkəməsində hakim Pərviz Hüseynovun sədrliyi ilə keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 304.2.1-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Penitensiar Xidmətin məhbusların qaçmasına görə həbs edilən əməkdaşlarına qarşı yeni ittiham irəli sürülüb
Xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə NazirliyiPenitensiar Xidmətinin 3 əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanova qarşı yeni ittiham irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 311.3.2 (Rüşvət alma, təkrar törədildikdə) maddəsi ilə də təqsirli bilinirlər.
Əri dayə ilə xəyanət etdi... - DƏHŞƏT
Fədayə Laçını "Qoca” ləqəbli kriminalla görüşdürən rəis işdən çıxarılıb - Maraqlı detal
Akif Çovdarovun bu cinayətlərinə xitam verildi - QƏRAR
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun bir neçə cinayətdə iştirak etmədiyi açıqlanıb.














