Goranboyda dəhşətli qəza :ölən və yaralanan var

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 30-da saat 8 radələrində Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində Bərdə şəhər sakinləri Etibar Eyvazovun idarə etdiyi “VAZ-2106” və Allahverdi Minazinin idarə etdiyi “Hovo” markalı avtomobillər toqquşub.

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oktyabrın 30-da saat 8 radələrində Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində Bərdə şəhər sakinləri Etibar Eyvazovun idarə etdiyi "VAZ-2106" və Allahverdi Minazinin idarə etdiyi "Hovo" markalı avtomobillər toqquşub. Nəticədə E.Eyvazovun sərnişinlərindən - Qızılhacılı qəsəbə sakini Mənzər Vəliyeva hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib. Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31