Kriminal

Traktorla piyadanı vurub öldürən sürücü saxlanılıb

1 Noyabr 2017 15:48

Biləsuvarda traktorla piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. “Olaylar” DİN-in mətbuat xidmətinə isitnadən xəbər verir ki, oktyabrın 31-də saat 19 radələrində Biləsuvarın 10 saylı qəsəbə ərazisində naməlum sürücünün idarə etdiyi traktor hərəkətdə olarkən piyada - 1983-cü il təvəllüdlü Yunusov Zaur Vəli oğlunu vuraraq hadisə yerindən qaçmış, piyada isə aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Fakta görə Cəbrayıl rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Azərbaycanda partiya sədri həbs edilib

1 Noyabr 2017 14:09

Azərbaycan Vahid Kommunist Partiyasının sədri Musa Tükənov həbs edilib. M.Tükənova Cinayət Məcəlləsinin 311-ci (Rüşvət alma (passiv rüşvətxorluq)) maddəsi ilə ittiham irəli sürülüb. 

Qoyun oğruları saxlanıb

1 Noyabr 2017 14:00

Oktyabrın 29-da Salyan rayon sakini Vasif Adıgözəlov rayon Polis Şöbəsinə müraciət edərək həyətyanı təsərrüfatından 9 baş qoyunun oğurlandığını bildirib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, polis əməkdaşları heyvanların “VAZ-2109” markalı avtomobillə oğurlandığı barədə məlumat əldə ediblər.

Avtomobildə mobil telefon keçirmək istədi

1 Noyabr 2017 13:32

Gürcüstandan gələn avtomobildə gizlədilmiş mobil telefon və aksesuarlar gömrükdə aşkar edilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.Yoxlama zamanı avtomobilin salonunda sükanın alt hissəsində 10 ədəd “Samsung Galaxy J3 2016” markalı mobil telefon və aksesuarları aşkar edilib.

Ekspertiza: Qusarda azyaşlı qızını zəhərləyən qadın anlaqlı vəziyyətdə olub

1 Noyabr 2017 13:17

Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

16 yaşda ana olan qadın 5 yaşlı qızını öldürdü – MƏHKƏMƏ PROSESİ

1 Noyabr 2017 13:06

Qusar rayonunda 5 yaşlı qızını öldürməkdə ittiham olunan Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə şahid Zeybulla Ələsgərov ifadə verib. Zeybulla Ələsgərov qoyun otardığını və Gülnarə Saypullayevanı da orada gördüyünü deyib.

Taksi sürücüsü DANIŞDI: "Qoca"nı maşının baqajında gizlədib

1 Noyabr 2017 12:40

Məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən taksi sürücüsü Məhəmməd Hacıyev məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, məhkum Etibar Məmmədovu bir neçə istiqamətdə Azərbaycan sərhədindən keçirməyə cəhd etdiyini deyib.

Bakıda öldürdülər, meyiti gizlətmək məqsədilə rayona aparanda qəza törətdilər - Şok təfərrüat

1 Noyabr 2017 12:07

Taksi sürücüsünü qətlə yetirməkdə ittiham olunan Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü Pərviz Qasımov və Zaqatala rayon sakini, 1994-cü il təvəllüdlü Mark Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Penitensiar Xidmətin polkovnikinə qarşı daha bir maddə ilə ittiham irəli sürüldü

1 Noyabr 2017 11:45

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin konvoy taborunun keçmiş komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin Cinayət Məcəlləsinin daha bir maddəsi ilə ittiham edildiyi məlum olub.