Kriminal
Konvoy taborunun keçmiş komandiri İstintaq Təcridxanasına köçürülüb
“Qoca”nı evində gizlədən şəxs də öldürülüb - TƏFƏRRÜAT
"Qoca" öldü - RƏSMİ TƏSDİQLƏNDİ
“Qoca” tutulub,yoxsa öldürülüb ? -ŞOK- YENİLƏNİR
Tağı Əhmədovun 3 milyon dollarının batmasının şok sirri
Arif Əsgərovun adı keçən 3 məhkəmə işi - 100 milyonluq ittihamlar
Gəlini əri və qayınanası asmaq istədi - Azərbaycanda
Xaçmazda 30 min manatlıq qızıl oğurlayan ələ keçdi
27 oktyabrda Xaçmaz RPŞ-nə rayon sakini şikayət ərizəsi ilə müraciət edərək, ona məxsus Xaçmaz rayon Xudat şəhəri Şollar kəndində yerləşən mənzilindən oğurluq edildiyini bildirib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru Nizam Həmidov məlumat verib.
Velosiped oğurlayan keçmiş məhkum saxlanıb
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da Rafiq Hüseynova məxsus həyətyanı sahədən velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Samir Qasımov tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Avtoqəzada 1 nəfər ölüb, 2-si yaralanıb
Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 31-də saat 9 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində rayon sakinləri Sənan Eynullayevin idarə etdiyi “VAZ-21099” və Sarvan Sadıqovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Silsilə oğurluqla məşğul olan şəxs tutulub
Elektrik kabeli oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki evlərdən birindən 600 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Kərimov tutulub. Ətrafında aparılan tədbirlərlə onun “KamAZ” markalı avtomobildən akkumulyator və 1 mənzildən məişət əşyaları oğurladığı da müəyyən edilib. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb.
Naqil oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib
Mis naqil oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, cari il sentyabrın 12-nə keçən gecə Salyan rayonunun Qardılı kəndi ərazisində “Azərenerji” ASC-yə məxsus 500 metr mis naqilin kəsilərək oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.













